Verlişimizin bu həftəki, mövzusu attestat
imtahanlarını uğurla bitirmiş abituriyentlərin təsüratları və
gələcəylə bağlı planlarından ibarətdir.
Verlişimizin qonaqları Orxan Bayramov, Nicat İsmayılov, Haqverdi
Şahverdiyev, Rüstəm Səfərov və Nərmin Hacıyeva oldu.
Orxan Bayramov və Nicat İsmayılov Qardabani
rayonunun Candar ictimai məktəbinin bu ilki məzunlarıdır. Orxan
daha çox kingboxingə maraq göstərir və bir müddət kingboxinqlə
məşğul olub. Onun ən böyük arzusu gələcəydə gənclər üçün böyük
idman zalı açmaqdır. Nicat isə siyasətə maraq gösdərir və bir sıra
siyasətçilərin həyatlarını araşdırıb məlumat toplayır.Tarixi
kitablar və məqalələr oxuyaraq araşdırmalar aparır. O, eyni zamanda
aldığı məlumatları dostları ilə bölüşüb onları da məlumatlandırır.
İndi onun ən böyük arzusu siyasətçi olmaqdır.
Haqverdi Şahverdiyev Qaçağan
ictimai məktəbinin məzunudur. Boş zamanlarında dostları ilə futbol
oynayır. O, futbolu həyatının bir hissəsi kimi görür, oxumaqdan
əlavə futbolçu olmaq isdəyir.
Nərmin Hacıyeva Kirəç Muğanlı
ictimai məktəbinin məzunudur. Nərmin boş zamanlarında rəsm çəkməyi
sevir və daha çox sevgiyə aid şəkillər çəkir. O, eyni zamanda
internetden marağlı məlumatlar araşdırır. Onun ən böyük arzusu
memar olmaqdır.
Rüstəm Səfərov Ağaməmmədli
ictimai məktəbinin məzunudur. Rüstəm dostları ilə təhsil haqqında
danışmağı sevir, boş zamanlarında dostları ilə biliklərini bölüşür
və əlavə məlumat toplayır. Onun əsas arzusu cərrah
olmaqdır.
Abituriyentlərimiz gənclərə
oxumağın gözəl bir hiss olduğunu və məqsədyönlü olmağı arzu
etdilər. İndi onlar hazırlaşırlar ki, Vahid Milli İmtahanlardan
uğurla keçib ali tədris ocaqlarına qəbul olsunlar! Daha ətraflı
məlumat üçün verlişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti
Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət
edir. Hər çərşənbə axşamı saat 12:00-da. Verlişin təkrarını hər
şənbə saat 12:00-da dinləyə bilərsiniz.