Gənc Marneuli verilişi - Qonağımız Tbilisi Dövlət Universitetinin məzunu, gənc həkim Şahin Həsənovdur
Verlişimizin qonağı gənc həkim Şahin Həsənovla yay fəslində sağlam qidalanma və yaranan yolxucu xəstəliklərlə mübarizə barəsində söhbət etdik.

Həkim qeyd etdi ki, yayda havaların isti keçməsi səbəbi ilə orqanizmimizin suya olan tələbatı artır. Yaranan susuzluğu isə adi su və şəkərsiz yaşıl çaylardan istifadə etməklə bərpa edə bilərik. İsti havalarda enerjiyə ehtiyac 5% enir və bu səbəbdən orqanizmə daha az kalorili qidalar lazım olur. Bu ehtiyacımızı mövsüm meyvələri, tərəvəz və süd məhsulları qəbul etməklə qarşılaya bilərik. Həmçinin həkim onu da qeyd etdi ki, yay aylarında yemək saatlarımıza xüsusi diqqət göstərməli, rejimlə yeməliyik.

Yolxucu xəstəliklərə gəldikdə isə həkim yaranan xəstəliklərə səbəb olaraq çimərlik sularını misal göstərdi. Çimərlik sularının gigiyenik baxımdan təmiz olmaması nəticəsində qulaq, burun və göz vasitəsi ilə müəyyən xəstəliklər yayılır və bu olduqca təhlükəlidir. Həkim yalnız təmizliyinə əmin olduğumuz çimərliklərdən istifadə etməyimizi məsləhət gördü.

Şahin Həsənov sonda Sağlam həyat, sağlam qidadan gəlir deyə sağlamlığımızın qeydinə qalmağımızı arzu etdi.



Daha ətraflı məlumat üçün verlişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir.
Hər çərşənbə axşamı saat 12:00-da. Verlişin təkrarını hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.

Print Email
FaceBook Twitter Google