Gənc Marneuli verilişi - Qonağımız Kirəc Muğanlı kəndindən gənc saz ifaçısı Seymur Fəttahov oldu.
Qonağımızla aşıq sənətinə olan marağından və gələcək arzularından danışdıq.
Seymur dayısının sazda ifa etdiyini gördükdən sonra saza maraq göstərməyə başlayıb. Eyni zamanda babasının arzusunu da həyata keçirmiş olub. O, sazı özünə ən yaxın dost olaraq görür və özünü sazsız təsəvvür edə bilmir. Seymurun ən böyük arzusu peşəkar aşıq olmaqla yanaşı, sazı dünyada tanıtmaqdır.



Daha ətraflı verilişi dinləyin.

"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir.
Verilişi hər çərşənbə axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.


Print Email
FaceBook Twitter Google