Gənc Marneuli verilişi - qonaqlarımız Zakir Eyvazlı və Gülgün Məmmədxanova oldu
Verilişimizin bu günki, qonaqları “Aktiv Vətəndaş Məktəbi” layihəsinin üzvləri və eyni zamanda İlia Dövlət Universitetinin fəal tələbəsi Zakir Eyvazlı və Tbilisi Dövlət Universitetinin fəal tələbəsi Gülgün Məmmədxanova oldu.
Qonaqlarımızla azad və aktiv vətəndaş cəmiyyəti haqqında danışdıq.

Gülgün Məmmədxanova bidirdi ki, hər bir vətəndaşın dövlətə qarşı öhdəliklərinin olduğu kimi, özünə qarşı da müəyyən öhdəlikləri var. Hər bir vətəndaş öz hüquqlarını qorumağı bacarmalıdır.

Zakir Eyvazlı bildirdi ki, demokratik respublikada yaşayırıq və hər bir vətəndaşın söz azadlığı var. İnsanlar bir vətəndaş kimi söz azadlığından istifadə etməli, açıq sözlü olmalı və cəmiyyət üçün faydalı addımlar ataraq özlərini qorxmadan ifadə etməyi bacarmalıdırlar.

Onlar eyni zamanda gənclərə də aktiv olmalarını və cəmiyyət üçün faydalı addımlar atmalarını arzu etdilər.





Daha ətraflı verilişi dinləyin.

"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.

Print Email
FaceBook Twitter Google