“Marneuli” radiosunun jurnalisti Pərvin Hacıyeva və könüllü Nahid Qurbanov radionun dinləyicilərinə özlərini gənc hiss etməyi təklif edirlər. Kino, musiqi, astrologiya, idman, müasir tendensiyalar, aktual xəbərlər, qonaqlar, müğənnilər, şairlər. Gənc fəal tələbələr “Marneuli” radiosunun qonağı olurlar və öz enerjilərini, emosiyalarını və biliklərini dinləyicilərlə bölüşürlər.
Pərvin Hacıyeva və Nahid Qurbanov sizləri “Gənc Marneuli” verilişinə dəvət edirlər. Hər çərşənbə axşamı saat 12:00-da.
Bu
gün "Gənc Marneuli" verilişinin qonaqları "Bu yolun son stansiyası"
tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğlu,
tamaşanın aktyorları Rabil İsmayılov, Məndər Sərdarov və aktrisası
Səma Sadiq oldu.