Həddi-buluğa çatmamış şəxslərin mühakiməsi – həddi-buluğa çatmamış şəxslərin mühakiməsinin ümumi prinsiplərinin müzakirəsi
Həddi-buluğa çatmamış şəxslərin ən yaxşı marağının üstünlüyü – həddi-buluğa çatmamış şəxslərin mühakiməsi prosesində ilk əvvəl həddi-buluğa çatmamış şəxsin ən yaxşı maraqları nəzərə alınır. Həddi-buluğa çatmamış şəxslərin ən yaxşı marağı olaraq “həddi-buluğa çatmamış şəxsin təhlükəsizlik, firavanlıq, sağlamlığının qorunmasının, təhsil, inkişaf, yenidən sosiallaşma-islahat və başqa maraqlar kimi izah olunur. Bu maraqların müəyyənləşdirilməsi beynəlxalq standartlar və həddi-buluğa çatmamış şəxsin fərdi xarakterinə uyğun olaraq, eləcə də onun fikrini nəzərə alaraq olur. Həddi-buluğa çatmamış şəxsin ən yaxşı maraqları yaxud uşağın maraqları anlayışı iki məsələni birləşdirir: nəzarət və çıxış yolu axtarmaq. Nəzarət meyarı uşaq hüquqları və onunla yanaşmada mövcud olan öhdəliklərin həyata keçirilməsini təmin etməyi nəzərdə tutur. Çıxış yolu axtarmaq meyarı isə qərar qəbul olunan zaman bütün mümkün çıxış yollarının axtarılmasını və uşağın konkret marağına aid olan bütün konkret halların qiymətləndirilməsini nəzərdə tutur. Həddi-buluğa çatmamış şəxs saxlanılan kimi prokuror, müstəntiq, yaxud həddi-buluğa çatmamış şəxsi saxlayan adam həddi-buluğa çatmamış şəxsin valideyninə, yaxın qohumuna, yaxud həddi-buluğa çatmamış şəxsin qeyd etdiyi adama xəbər verir.
Ayrı-seçkiliyin qadağan olunması - Həddi-buluğa çatmamış şəxsə, həmçinin, onun qanuni nümayəndəsinə qarşı birbaşa və ya dolayı yolla ayrı-seçkilik “Ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Gürcüstan qanununun birinci maddəsi ilə nəzərdə tutulmuş əlamətlə/əlamətlərlə qadağan edilir. Ayrı-seçkilikdən qorunmaq Gürcüstan Konstitusiyasının 14-cü maddəsi ilə zəmanət verilmiş hüquqdur. Bu maddə ilə insanın irqi, etnik, dini, yaxud başqa əlamətlərə görə bərabərhüquqluluğu qorunur.
Həddi-buluğa çatmamış şəxsin ahəngdar inkişaf hüququ - həddi-buluğa çatmamış şəxsin mühakiməsi prosesində həddi-buluğa çatmamış şəxsin fiziki, əqli, ruhi, əxlaqi və sosial inkişaf hüququ var. Hüquqi mühakimələrin bütün həyata keçirilmə mərhələlərində dövlət öz üzərinə həddi-buluğa çatmamış şəxsin inkişafını təmin etmə öhdəliyi götürür.
Mütənasiblik – Qanunla mübahisə tərəfi olan həddi-buluğa çatmamış şəxsə qarşı istifadə olunan ölçü törədilmiş hərəkətlə mütənasib olmalı və onun şəxsiyyətinə, yaşına, təhsil, sosial və başqa ehtiyaclarına uyğun olmalıdır.
Ən yüngül vasitə və alternativ ölçünün üstünlüyü, həbs – ən sonuncu tədbir kimi - həddi-buluğa çatmamış şəxsin mühakimə prosesində Gürcüstanın Cinayət Məcəlləsinə, Gürcüstanın Prosessual Cinayət Məcəlləsinə, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə, Həbs Məcəlləsinə və bu məcəllənin məqsədlərinə nail olmağın ən yüngül vasitələrinə üstünlük verilir.
Həddi-buluğa çatmamış şəxsin hüquqi mühakiməsi prosesinin uzadılmasının yolverilməzliyi - həddi-buluğa çatmamış şəxsin mühakimə prosesi heç bir halda əsassız şəkildə uzadılmamalıdır. Uzadılan proses zamanı sübutların toplanması çətinləşir, sürətləndirilmiş proses halında isə sübutlar tez əldə olunur; Uzadılan proses zamanı əgər həddi-buluğa çatmamış şəxsə qarşı həbs tədbiri təyin olunmursa, cinayətin təkrar törədilməsi yəqinliyi artır; Uzadılan proses zamanı təyin olunan cəzanın səmərəliliyi azalır; Uzadılan proses yeniyetmənin psixikasına mənfi təsir göstərir; Uzadılan proses zərərçəkənin istəyinə ziddir.
Həddi-buluğa çatmamış şəxsin şəxsi həyatının qorunması – Həddi-buluğa çatmamış şəxsin mühakiməsi və inzibati məsuliyyətə cəlb olunması haqqında məlumat ictimai deyil. Həddi-buluğa çatmamış şəxsin şəxsi məlumatlarının səsləndirilməsi və yayımlanması yolverilməzdir. Hüquq kontekstində şəxsi həyatın toxunulmazlığı məsələsi iki vacib komponentdən ibarətdir: 1) Dövlət mübahisənin tərəfi olan uşaq haqqında onun kimliyinin açıqlanmasına səbəb olacaq məlumatın yayımlanmasına yol verməməlidir; 2) Televiziya reportajları zamanı yeniyetmənin xarici kimliyi açıqlanmamalıdır, çünki bu cinayətkar kimi göstərilən yeniyetmənin ictimaiyyətə inteqrasiyasına və yenidən sosial həyata qayıtmasına mane olacaq.
Həddi-buluğa çatmamış şəxsə qarşı fərdi yanaşma - Həddi-buluğa çatmamış şəxsə qarşı qərar qəbul olunan zaman onun fərdi xarakterləri nəzərə alınır: yaş, inkişaf səviyyəsi, yaşam, yetişdirmə və inkişaf şərtləri, təhsil, sağlamlıq vəziyyəti, ailə vəziyyəti və həddi-buluğa çatmamış şəxsin xasiyyət və davranışlarının özünəməxsusluğunu qiymətləndirən və onun ehtiyaclarının müəyyən edilməsinə imkan yaradan başqa hallar.


Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə bilər.

Print Email
FaceBook Twitter Google