Həddi-büluğa çatmamış şəxsin ədalət prosesində onların özünəməxsusluğunun müzakirəsi
Həddi-büluğa çatmamış şəxslərin işi üzrə dövlət strukturları – Gürcüstan tərəfindən götürülmüş beynəlxalq hüquq öhdəliklərinə əsasən həddi-büluğa çatmamış şəxsin hüquqları istintaq mərhələsində, eləcə də işin müzakirəsi dövründə qorunmalıdır və qanuni, təsdiqlənmiş və hüquqi hökm çıxarılmalıdır. Bu tələbələrə əsasən Gürcüstan qanunvericiliyi həddi-büluğa çatmamış şəxslərin işinin fərqli aparılma qaydasını nəzərə alır və həmin qaydalara görə vacib şərtlərdən biri işi aparılan yeniyetmənin təbiətinə yaxşı bələd olmaq və iş aparılan zaman bunu nəzərə almaqdır. Həddi-büluğa çatmamış şəxsin mühakimə prosesini aparan şəxs/prosesdə iştirak edən şəxs hakim, müstənqtiq, prokuror, polis, vəkil, sosial işçi, meditator, probasiya ofisseri, həddi-büluğa çatmamış şəxslər üçün islahat müəssisəsinin heyəti, müvafiq həbsxananın heyətidir ki, onlar həddi-büluğa çatmamış şəxslərin mühakiməsi ilə bağlı xüsusi hazırlıq keçiblər. Məhkəmədə qanunla münaqişədə olan yeniyetmənin işini həddi-büluğa çatmamış şəxsin mühakiməsi sahəsində xüsusi hakim müzakirə edir. Qanunla münqaişəsi olan yeniyetmə ilə ilk ünsiyyəti Daxili İşlər Nazirliyinin nümayəndəsi yaxud müstəntiq qurur. Daxili İşlər Nazirliyinin nümayəndəsi yaxud müstəntiqlə yeniyetmənin ilk ünsiyyətində onun dövlət strukturlarına qarşı təsəvvürü yaranacaq. Bu ünsiyyət sonradan onun yeniyetmə kimi hüquq orqanları ilə əməkdaşlıq etmək istəyinə səbəb olacaq, eləcə də dövlət strukturlarına qarşı etimad bəsləməsi məsələsini formalaşdıracaq.
Həddi-büluğa çatmamış şəxsin dindirilməsi, nəzarət və müşahidəsi – Həddi-büluğa çatmamış şəxsin polislə əlaqəsi həmin polisin uşaqla ünsiyyəti ilə başlayır. “Polis haqqında” Gürcüstan qanununa və həddi-büluğa çatmamış şəxslərin ədalət məcəlləsinə əsasən dindirilmə könüllüdür və məsələ 14 yaşına qədər olan şəxslərlə bağlıdırsa o, yalnız valideyn yaxud hüquqi nümayəndəsinin qarşısında dindirilməlidir. 14 yaşdan yuxarı olan həddi-büluğa çatmamış şəxsin vəziyyətində isə həddi-büluğa çatmamış şəxslərin ədalət məcəlləsi dindirilmə prosesinə yuxarıda qeyd olunan şəxslərin qoşulmasını nəzərdə tutur, ancaq qeyd olunan məsələ həddi-büluğa çatmamış şəxslərə qeyri-formal “söhbət” mərhələsinə aid deyil. Dindirilmə prosesində həddi-büluğa çatmamış şəxsin hüququ var ki, vəkil xidmətindən istifadə etsin. Polis hər hansı fəaliyyət həyata keçirən zaman onun uşaq olduğunu, onunla ünsiyyətdə hər hansı çətinliklər yarada biləcək uşağın yaşını və hər hansı xüsusi ehtiyacını nəzərə almalıdır. Bundan əlavə vacibdir ki, dindirilmə müvafiq hazırlığı olan polis tərəfindən aparılsın. Dindirilmə prosesində eləcə də həddi-büluğa çatmamış şəxslə söhbət müddətinin müəyyən edilməsi də vacibdir. həddi-büluğa çatmamış şəxslərin ədalət məcəlləsinə əsasən dindirilmə saat 22:00-dan 08:00-a qədər aparıla bilməz, ancaq sorğu/dindirilmə vaxtının uzadılması ilə bağlı heç nə deyilmir və bu problemlidir. Qeyd etmək lazımdır ki, dindirilmə ilə yanaşı polis öz işi çərçivəsində həddi-büluğa çatmamış şəxsin kimliyini müəyyən etmək, nəzarət, müşahidə aparmaq, hərəkət etməyə məhdudiyyət qoymaq və polisin işini yerinə yetirməsi üçün vacib olan başqa tədbirlərlə bağlı səlahiyyəti var. Kimliyin müəyyən edilməsi prosesində polis həddi-büluğa çatmamış şəxsin barmaq və ovuc izlərini götürmək, şəklini çəkmək, xarakterizə edən fiziki əlamətləri qeyd etmək, boyunu ölçmək və.s kimi səlahiyyətə malikdir. Uşağa nəzarət mərhələsində polisin səlahiyyəti çatır ki, onu dayandırsın və geyiminin yalnız səthi hissəsindən, əli ilə yaxud xüsusi cihazla yoxlamaq məqsədi ilə toxunsun. “Polis haqqında” qanun eləcə də səthi baxış keçirən zaman əsas yarandığı halda polis tərəfindən şəxsin üzərinə baxış həyata keçirməyi nəzərə alır. Şəxsin üzərinə baxış keçirmə prosesində vacibdir ki, həddi-büluğa çatmamış şəxsin ləyaqəti və şəxsi hüquqları qorunsun. Belə hallarda uşaqla eyni cinsdən olan polis nümayəndəsi ünsiyyət qurmalıdır. Eləcə də uşağa polis tərəfindən nəyin əsasında onun üzərinə baxış keçirilməsi ilə bağlı məlumat verilməlidir.
İslahat və mediasiya - həddi-büluğa çatmamış şəxslərin ədalət məcəlləsinin qüvvəyə minməsi nəticəsində islahat/islahat və mediasiya proqramı 21 yaşa qədər olan şəxslər üçün bir şansdır ki, müəyyən şərtləri yerinə yetirmək qarşılığında həyatına mühakimə, cəza çəkmədən kənar şəkildə, qanuna tabe olaraq davam etsin və uğurlu gələcəyə doğru addım atsın. İslahat və mediasiya cinayət işi təqibinin alternativ mexanizmidir ki, bu haqda qərarı prokuror verir. Belə ki, həddi-büluğa çatmamış şəxslərin ədalət məcəlləsinin qüvvəyə minməsindən sonra hakimin səlahiyyəti çatır ki, öz təşəbbüsü yaxud tərəflər arasında vəsatət nəticəsində, islahat məqsədi ilə işi prokurora qaytarsın.
İslahat və mediasiya haqqında müqavilə sonrakı tədbirlərdən ibarətdir: a) Həddi-büluğa çatmamış şəxsə yazılı xəbərdarlıq; b) İslahat hüquqi tədbirləri, həmçinin, islahat-mediasiya proqramına qoşulma; c) Dəyən zərərin tam yaxud bir hissəsinin ödənilməsi; ç) Qeyri-qanuni əldə olunan əmlakın dövlətə verilməsi; d) Cinayət silahının yaxud mülki dövriyyədən götürülmüş obyektin dövlətə verilməsi; e) Həddi-büluğa çatmamış şəxsə öhdəlik qoyulması; ə) Həddi-büluğa çatmamış şəxsin islahat üçün himayəyə verilməsi.
Həddi-büluğa çatmamış şəxslərin işinin aparılması sonrakı məsələlərin xüsusi vacib olduğu baza elementləri ilə həyata keçirilir: Həddi-büluğa çatmamış şəxslərin işi qapalı iclasda aparılmalıdır. Əgər birgə işdirsə, həddi-büluğa çatmamış şəxslərin işi birgə işdən çıxarılmalıdır – Əgər həddi-büluğa çatmamış şəxs yetkinlik yaşına çatmış şəxsin də müzakirə olunduğu cinayəti törətməkdə ittiham olunursa, həddi-büluğa çatmamış şəxsin işi ayrılmalıdır və yetkinlik yaşına çatmış şəxsdən fərqli olaraq müzakirə edilməlidir. Ancaq bu hal aparılan işə maneə törətməzsə, tam və obyektiv araşdırmağa problem yaratmazsa o zaman həyata keçirilə bilər.
Həddi-büluğa çatmamış müttəhimin məhkəmə iclas zalından çıxarılması – Məhkəmə vəsatət yaxud öz təşəbbüsü ilə həddi-büluğa çatmamış müttəhimin məhkəmə zalından çıxarılması haqqında hökm çıxara bilər ki, onun özü iştirak etmədən sübutlar müzakirə edilsin. Çünki bu hal ona pis təsir göstərə bilər, ancaq həddi-büluğa çatmamış şəxsin məhkəmə zalına qaytarılmasından sonra məhkəmə lazımı həcm və formada onu zalda olmadığı müddətdə aşkralanan sübutların məzmunu ilə tanış etməlidir. həddi-büluğa çatmamış şəxsin məhkəmə iclasında iştirak etmədiyi vaxtda onun vəkilinin ya qanuni nümayəndəsinin iştirakı vacibdir.

Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə bilər.

Print Email
FaceBook Twitter Google