Polislə münasibət zamanı hüquqlarımız və öhdəliklərimiz
Gürcüstan polisi – ictimai təhlükəsizlik və qanunu qorumaq üçün qarşısını alma və qanun pozuntularına reaksiya göstərmə tədbirləri həyata keçirən hüquq sistemidir.
Polis/polis əməkdaşı ictimaiyyətlə əlaqədə dövlət adından hərəkət edir. Ona görə də bilməliyik ki, biz polis əməkdaşı ilə danışan zaman dövlətlə danışırıq. Polisin iki əsas funksiyası var:
• İctimai asayişi təmin etmək;
• Qanun pozuntusunun qarşısını almaq.
Bu iki funksiyanı yerinə yetirən zaman polis qarşısını alma və qayda pozuntusuna reaksiya göstərmə mexanizmlərinin qayğısına qalır.
Preventiv funksiya – polisin ictimai təhlükəsizlik və asayişin qorunması üçün apardığı tədbirləri, eləcə də qanun pozuntusunun aradan qaldırılmasını nəzərdə tutur.
Qayda pozuntusuna/cinayətə reaksiya göstərmək funksiyası – bu artıq baş vermiş qayda pozuntusuna polisin reaksiyasını nəzərdə tutur. Qaydanı pozan şəxsin aşkarlanması və onun cəzalandırılması məqsədi ilə reaksiya göstərmə mexanizmləri Cinayət və İnzibati Xətalar Məcəlləsi çərçivəsində həyata keçirilir.
Polisin səlahiyyətlərini də bu iki kateqoriyaya əsasən qruplaşdıra bilərik. Preventiv funksiya ilə bağlı olan səlahiyyətlər və qayda pozuntusuna reaksiya göstərilməsi ilə bağlı olan səlahiyyətlər. Qeyd olunan səlahiyyətlər “Polis Haqqında” Gürcüstan qanunu ilə tənzimlənir.
Hər birimizin qarşılaşa biləcəyimiz konkret tədbirlərə isə bunlar aiddir:
• Şəxsin dindirilməsi;
Kimliyini müəyyən etmək məqsədi ilə polisin hüquqi var ki, şəxsi saxlasın və açıq şəkildə onun kimliyini soruşsun və şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etsin. Məlumat ötürmək üçün polisin icazəsi var. Bu hərəkəti polis müəyyən əsas olan halda edə bilər. Məsələn, əgər polis düşünürsə ki, şəxs qaydanı pozub və ya pozacaq bu halda hərəkət edə bilər. 14 yaşa qədər yeniyetmənin dindirilməsi yalnız valideyn, yaxud hüquqi nümayəndəsinin iştirakı ilə yolveriləndir.
• Şəxsin kimliyinin müəyyənləşdirilməsi
Əgər dindirilmə nəticəsində müəyyən olunmursa, polisin şəxsiyyəti müəyyən etmək üçün tədbirlərə başlamaq hüququ var. Tədbir başa çatıqdan sonra protokolun müəyyənləşdirilməsi tədbiri ilə bağlı yazılı sənədlər tərtib olunmalıdır. Bu bizim hüquqlarımızın bir növ zəmanətidir. Hər hansı oxşar tədbirlərin və polis tərəfindən bizim hüquqlarımızın məhdudlaşdırılmaması üçün bizim yazılı sənəd/protokol tərtib edilməsini tələb etmək hüququmuz var. Belə protokolun olması polisin bizimlə ünsiyyətdə olmasını və polislə bizim aramızda olan ünsiyyətin mövzusunu təsdiq edir.
• Şəxsin çağırılması
Əgər polis hesab edərsə ki, şəxs vacib məlumata sahibdir, o, həmin şəxsi polis bölməsinə çağırmaq hüququna malikdir. Bu halda polisə getmək könüllüdür. Bilməliyik ki, həddi-buluğa çatmamış şəxsin çağırılması valideyn, yaxud qanuni nümayəndəsi olmadan yolverilməzdir. Çağırış halında polisdə qalma müddəti 4 saatdan, həddi-buluğa çatmamış şəxslər üçün isə 2 saatdan artıq olmamalıdır.
• Səthi yoxlama
Səthi yoxlama bizim üzərimizdən, geyimin üzərindən əl, xüsusi qurğu, yaxud vasitə ilə yoxlanmamızı nəzərdə tutur. Əgər şəxsin üzərində qadağan edilmiş əşyanın olması və ya başqasının həyatına, yaxud sağlamlığına təhlükə yaradan qadağan olunmuş əşyanın olması güman edilərsə, reyd zamanı hadisə yerində axtarılanlar, qeyri-leqal, yaxud mümkün günahkar şəxslər ola bilərlər. Bunu müvafiq cinsiyyətə aid polis həyata keçirir. Çıxış yolu olmayan halda istisna hal yalnız xüsusi qurğu ilə mümkündür. Əşyanın və ya nəqliyyat vasitəsinin səthi yoxlanılması üçün yalnız vizual müşahidə yolveriləndir. Saxlama müddəti 30 dəqiqədən artıq olmamalıdır.
Polisin cinayətə reaksiya göstərməsinin vacib mexanizmlərindən biri istintaqdır
Bilməyimiz vacibdir ki, istintaq zamanı polis müstəntiqinə ifadə vermək könüllüdür. Ancaq könüllü dindirilmədən imtina etmə halında ifadə vermək məhkəmə yolu ilə təyin oluna bilər. Bu zaman hakimin dindirməsinə getmək məcburi xarakter daşıyır.
Prevensiya və qayda pozuntusuna reaksiya göstərilməsi zamanı polisə, xüsusən ictimaiyyətlə əlaqə zamanı etik öhdəliklər qoyulur.
Bu həmçinin iş saatlarından kənar ictimaiyyətə yardım göstərməkdir:
- Polis ictimaiyyətin fərqli ənənələrini, adətlərini və yaşam tərzini nəzərə almalıdır.
- Polis vəzifəsinə və statusuna baxmayaraq ictimaiyyət üzvləri ilə əlaqədə taktikalı, təvazökar və xoş rəftarlı olmalıdır.
- Vətəndaşa qarşı qoyulan tələblər və qeydlər sakit və əxlaqlı, inandırıcı formada deyilməlidir.
- Polis vətəndaşa öz fikrini deməyə imkan verməlidir.
- Polis tərəfindən özündən razı yanaşma, hədələmə və ya kinayə, jarqonlardan istifadə etmək yolverilməzdir.
Polisin qanuni tələbinə tabe olmamaq və ya müqavimət göstərmək, hədələmə və ya ona qarşı zorakılıq İnzibati, yaxud Cinayət Məcəlləsi ilə cəzalandırılır. İnzibati qayda pozuntusu halında qanunvericilik 1000-4000 lariyə qədər cərimə, yaxud 15 günə qədər inzibati həbs nəzərdə tutur. Cinayət Məcəlləsi ilə 2-5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza verilə bilər.



Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə bilər.

Print Email
FaceBook Twitter Google