Proporsional seçki sistemi
Gürcüstan Konstitusiyasına əsasən hakimiyyətin mənbəyi xalqdır. Bu isə demokratik cəmiyyətdə hakimiyyətin formalaşmasının demokratik seçkilər yolu ilə baş verməsi deməkdir.
Seçkilər həm də ona görə böyük əhəmiyyət daşıyır ki, məhz seçkilər vasitəsilə xalq hakimiyyətin icra olunmasında iştirak edir. Belə iştirak səs vermə yolu ilə baş verir ki, seçki sistemləri çox sayda adama real siyasi güclərindən istifadə etmək imkanı yaradır. Seçki sistemləri vasitəsilə kimin idarə edəcəyi və müəyyən hallarda hökumətin nə edəcəyi haqqında məsələlər həll olunur.
Seçki hüququna Gürcüstan Konstitusiyası ilə zəmanət verilir:
Maddə24. Seçki hüququ
1. Gürcüstanın hər bir 18 yaşı tamam olmuş vətəndaşının referendumda, dövlət, muxtar respublika və yerli özünüidarəetmə orqanı seçkilərində iştirak etmək hüququ var. Seçicinin azad istəyini bildirməsi təmin olunmuşdur.
2. Məhkəmə hökmü ilə xüsusi ağır cinayətə görə cəzaçəkmə müəssisəsində olan, yaxud məhkəmə qərarı ilə köməyə ehtiyacı olan şəxs kimi tanınan və müvafiq stasionar tibbi müəssisəyə yerləşdirilmiş vətəndaş seçki və referendumda iştirak etmək hüququna malik deyil.

Seçki hüququ yalnız Gürcüstan vətəndaşlarının hüququdur. Çünki ölkələrinin idarəçilik məsələsinə yalnız Gürcüstan vətəndaşları qərar verir.
Seçki hüququ iki yolla həyata keçirilir: passiv seçki hüququ və aktiv seçki hüququ.
Aktiv seçki hüququ şəxsin ümumi seçki hüququdur ki, bunun əsasında o, səs verir, dövlət və ya özünüidarə orqanı seçkilərində öz istədiyi namizədi seçir. Gürcüstanda 18 yaşa çatmış Gürcüstan vətəndaşının aktiv seçki hüququ var.
Passiv seçki hüququ şəxsin seçilməyə, yaxud dövlət və ya yerli orqan seçkilərində deputatlığa namizəd olaraq iştirak etməyə razılıq verməsidir. 25 yaşı tamam olmuş və Gürcüstanda ən az 10 il yaşamış şəxs Gürcüstan Parlamentinin üzvü seçilə bilər. Son iki il ərzində Gürcüstanda yaşamamış şəxs Parlament üzvü seçilə bilməz.
Müxtəlif ölkələrdə müxtəlif seçki sistemləri qüvvədədir. Ölkədə seçkilər hansı seçki sistemi ilə keçiriləcəyinə hər bir ölkənin hakimiyyəti qərar verir. Ancaq bu halda bir neçə faktor nəzərə alınmalıdır ki, onlardan biri ölkədə olan siyasi vəziyyətdir.
Gürcüstan Konstitusiyasına əsasən bugünkü seçki sistemi qarışıq – majoritar və proporsionaldır. Konkret olaraq, Konstitusiyaya əsasən Gürcüstan parlamenti 4 il müddətinə proporsional sistemlə seçilmiş 77 və majoritar sistemlə seçilmiş 73 parlament üzvündən ibarətdir. Qeyd olunan sistem 2020-ci ilin Parlament seçkiləri üçün qüvvədədir, daha sonra Gürcüstanda ümumilikdə proporsional sistem qüvvəyə minəcək. Bu isə deməkdir ki, Parlamentin 150 deputatının hamısı proporsional sistemlə seçiləcək.
Təxminən 30 ildir ki, Gürcüstanda majoritar seçki sisteminin ləğv olunması və tamamilə proporsional sistemə keçid haqqında söhbət aparılır. Bu söhbətlər ona görə aparılır ki, qarışıq sistem majoritar sistem vasitəsilə bir siyasi qüvvəyə imkan yaradır ki, aşağı proporsional (partiya) dəstəyinə baxmayaraq parlamentdə böyük çoxluq əldə etsin və dövlət gücü bir siyasi partiyanın əlində cəmləşsin. Bu isə sonra ölkədə demokratik proseslərə zərər vurur.
Ona görə də 2019-cu ildə ölkədə keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasından sonra hazırkı hakimiyyət aksiya iştirakçılarının 2020-ci ildə Parlament seçkilərinin tam proporsional sistemə keçməsi ilə bağlı tələbini qəbul etdi. Hakimiyyətin təklifi sıfır maneə ilə tam proporsional sistemə keçid idi. Gürcüstan Konstitusiyasında müvafiq dəyişikliklər tələb edən bu vədə baxmayaraq Gürcüstan Parlamentində bir neçə aylıq hazırlıqdan sonra qeyd olunan dəyişiklik qəbul olunmadı.
Ölkəmizdə seçkilərin proporsional sistemlə keçirilməsinin hansı müsbət tərəflərinin olmasını və bu sistemin nə demək olduğunu bilməyimiz vacibdir.
Proporsional sistemlə keçirilməsi halında seçkilərdə yalnız siyasi partiyalar iştirak edir. Seçici onun adı ilə Parlamentdə təmsil olunmasını istədiyi partiyaya səs verir. Majoritarlara gəldikdə isə, yəni bir nəfər konkret şəxsin, Parlament deputatının dəstəklənməsi proporsional seçki sistemində nəzərdə tutulmur.
Partiyalar arasında Parlament mandatı onların seçkilərdə topladığı səslərə proporsional olaraq bölünür. Müvafiq olaraq, partiyalar da real olaraq seçicilər tərəfindən dəstəkləndikləri dərəcədə təmsil olunurlar.
Səslərin hesablanması və mandatların bölünməsi üçün müxtəlif sistemlər var. Bu sistemlər də ölkənin ərazi və seçki dairələrinin qurulmasından asılıdır.
Proporsional seçki sistemində seçki maneəsi və onun sıfırlanması ilə bağlı hakimiyyətin ictimaiyyətə verdiyi vəd nəzərdə tutur: seçki maneəsi səslərin minimal faiz sayını nəzərdə tutur. Partiyanın bu səsləri topladığı zaman Parlamentdə mandatları bölmək imkanı var. Bu minimal səslərin toplanmadığı halda partiya seçkilərdə iştirak edə bilmir.
Sıfır maneə Parlamentin bir mandatı üçün minimal faiz həddini nəzərdə tutur. Seçkilərdə iştirak edənlərin sayına əsasən 150 yerlik Parlamentdə bir mandata nə qədər səs lazım olacağı hesablanacaq. Müvafiq olaraq bu sıfır maneə halında minimal maneə olacaq. Sıfır maneə Parlamentdə çoxpartiyalılığa şərait yaradır, ancaq bunun mənfi tərəfləri də var. Çox sayda müxtəlif baxışlı partiya nümayəndələri olan halda qərar qəbul etmək əsasən çətinləşir və bunun üçün uzun müzakirələr və fərqli fikirlərin paylaşılması yekunda demokratik prosesin yaranmasına səbəb olur və ölkənin demokratik inkişafı üçün bu əhəmiyyətlidir.


Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə bilər.

Print Email
FaceBook Twitter Google