Iqtisadi və sosial ehtiyaclar üçün dövlət yardımı
Gürcüstan hökuməti böhrana qarşı
plan təqdim etdi. Planın məqsədi xarici donorlar və tərəfdaşlardan
qəbul edilmiş 3,5 milyard larinin iqtisadi və sosial ehtiyaclar
üçün bölünməsidir.
İqtisadiyyata və istehsalçılığa
dəstək olmaq üçün 2 milyard 110 milyon larinin ayrılacağı ilə bağlı
anons verilmişdi. Həmin məbləğ fəaliyyətdə olan özəl sektora
dəstək, kənd təsərrüfatının effektivliyinin artırılmasına və yerli
istehsalçılığa həvəsləndirməyə sərf olunacaqdı.
Böhrana qarşı plana əsasən əhalinin sosial ehtiyaclarına 1 milyard
35 milyon lari xərclənəcək. Planın sosial hissəsi koronavirus
böhranı şəraitində zərərçəkmiş adamları və ev təsərrüfatlarını
əhatə edir hansı ki:
- İşə götürülüblər və
böhran dövründə işini itirib yaxud maaşsız
məzuniyyətdədirlər.
Koronavirus pandemiyası
nəticəsində çox sayda qurumlar əməkdaşının sayını azaltmaq yaxud
əməkdaşları maaşsız məzuniyyətə göndərmək məcburiyyətində qaldı.
Qeyd olunan şəxslərə yardım üçün 1200 larilik kompensasiya təyin
olunub və növbəti 6 ay ərzində, hər ay 200 lari dəyərində
veriləcək. 2020-ci ilin ilk üç ayında (yanvar, fevral,mart) bir
dəfə də olsun maaş almış və bu haqda onu işə götürən şəxs
tərəfindən Gəlirlər Xidmətinə vergi bəyannaməsi ilə yanaşı həmin
şəxsə maaş verilməsi barədə məlumat təqdim olunan şəxslər
kompensasiya ala biləcək. İşə götürülən şəxsə kompensasiya qurum
tərəfindən Gəlirlər Xidmətinə verilmiş məlumata əsasən
verilir.
- Qeyri-formal sektorda
işlə təmin olunmuş yaxud özünüməşğul ya gəliri dayandırılmış
şəxslər olmalıdır.
İşə götürülməkdən başqa hər hansı
iqtisadi fəaliyyəti olan və gəlir əldə edən şəxs özünüməşğul hesab
olunur. Özünüməşğul şəxs üçün kompensasiya qədəri 300 lari nəzərdə
tutulub. Kompensasiyanı almaq üçün həmin şəxsin 2020-ci ilin
birinci rübündə iqtisadi işlə məşğul olması yaxud gəlirinin olduğu
təsdiqlənməlidir.
Qeydiyyatdan keçməmiş özünüməşğullar kateqoriyasına kim düşə
bilər və hansı sənəd təqdim etməlidir?
Sərnişinləri bir məntəqədən digərinə daşıyan ancaq hər hansı
şirkətlə müqaviləsi olmayan şəxslər də özünüməşğul hesab edilir.
Həmçinin, mənzillərin elektron icarəyə verilməsi portal vasitəsilə
yaşayış sahəsini icarəyə verən, suvenir hazırlayan və mağazalara,
kənd təsərrüfatı məhsullarını çörəkxana/restranlara təhvil verən,
dayə, usta, xadimə yaxud başqa bu kimi işlərlər məşğul olan şəxslər
də özünüməşğul hesab olunur.
Bundan əlavə Marneuli meri Zaur Darğallı 30 mart tarixində əhaliyə
verilən birdəfəlik yardım haqda “Marneuli” radiosuna danışdı.
Layihə Demokratiya Komissiyasının kiçik qrantlar proqramı
çərçivəsində, ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib.
Nəşriyyatda qeyd olunan fikirlər müəllifə məxsusdur və ABŞ Dövlət
Departamentinin fikrini əks etdirməyə bilər.