Ekoloji hüquqlar və davamlı sosial inkişaf
Ətraf mühitin mühafizəsinin beynəlxalq hüquqda verildiyi məzmununun əhəmiyyəti ikiqat məsuliyyətlidir. Çünki bir tərəfdən o təbii mühitin və vəhşi təbiətin qorunmasına xidmət göstərir. Bu dünya üçün vacibdir. Dİgər tərəfdən isə o, insanın ekoloji hüquqlarının qorunmasına xidmət göstərir.

Dövlət ətraf mühitin mühafizəsinin və təbii resurslardan rasional istifadənin qayğısına qalır.

1. Hamının sağlamlıq üçün təhlükəsiz olan mühitdə yaşamaq, təbii mühitdən və ictimai məkandan faydalanmaq hüququ var. Hamının ətraf mühitlə bağlı vaxtında, tam məlumat almaq hüququ var. Hamının ətraf mühitin qorunmasının qayğısına qalmaq hüququ var. Ətraf mühitin mühafizəsi məsələləri ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək hüququ qanunla təmin edilib.

2. İndiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla ətraf mühitin mühafizəsi və təbii resurslardan rasional istifadə qanunla təmin olunub.

Gürcüstanda “Gürcüstanın “Qırmızı siyahısı” və “Qırmızı kitabı” haqqında” qanun qüvvədədir. Qanunun məqsədi “Gürcüstan ərazisində yayılmış, itmək təhlükəsi qarşısında duran növlərin qorunması və bərpası, növlərin rəngarəngıiyinin və genetik resursların qorunması, vəziyyət və onların davamlı inkişafı üçün şərait yaratmaqdır”.



1996-cı ildə Gürcüstan “ətraf mühitin mühafizəsi haqqında” qanun qəbul edib.

Gürcüstanın Ətraf Mühit və Təbii Resurslar Nazirliyi özündə birləşmiş agentliklər yaradılıb ki, Gürcüstanda bio rəngarəngliyi qoruyub saxlasın. 2005-ci ildə nazirlikdə ətraf mühitin qorunması müfəttişliyi yaradılıb. Onun yaradılma məqsədi ətraf mühitin mühafizəsi sahəsindəki pozuntuları aşkarlamaq və aradan qaldırmaq, eləcə də bu kimi pozuntuları aradan qaldırmaq məqsədi ilə tədbirlər aparmaqdır.

Gürcüstan üçün spesifik risklər bundan ibarətdir: Nəqliyyat vasitəsi tüstüsünün havanın çirkləndirməsi; mineralların açıq karyer qaydası ilə əldə edilməsi; Suyun və kanalizasiyanın idarə olunmaz sistemlərinin olması. Bu ətraf mühitin mühafizəsinə və insan sağlamlığına ciddi təhlükə yaradır. Problemli məsələlər arasında eləcə də Türkiyə tərəfindən Corox çayında heslərin tikilməsi də var. Bu Qara Dəniz sahilinin yuyulmasına və eroziyasına, otaracaqların deqradasiyasına və meşələrin məhv olmasına, Kür çayının çirklənməsinə səbəb olur.



Sovet Birliyindən miras olaraq qalıb: torpağın deqradasiyası və erozia, gübrələrlə və ağır metallarla çirkləndirmə, keçmiş hərbi bazalardan təhlükəli kimyəvi və radioaktiv maddələr.

Davamlı inkişaf doktrinasının məqsədi iqtisadi maraqların və ətraf mühitin qorunması normaları arasında ədalət balansının tətbiqidir.

Davamlı sosial inkişaf ilk növbədə hər növ diskrminasiyanın aradan qaldırlmasını və ictimaiyyətin həssas üzvlərinin – fiziki imkanları məhdudiyyətli şəxlsərin, qadınların, azlıqların sosial hüququnu qorumağı nəzərdə tutur. Bunun üçün adekvat sosial siyasətin olması, işlə təmin etmə və bərabərsizliyin aradan qaldırılmasına istiqamətlənmiş sistemin yaradılması mütləqdir.

Davamlı inkişafın iqtisadi aspekti birbaşa ekologiya və ətraf mühitin mühafizəsi və sosial həmrəyliklə əlaqədardır. Davamlı inkişaf demək deyil ki, adam texnologiya və industriyanın ona verdiyi tərəqqidən imtina edir. O, sadəcə çalışır ki, ətraf mühitə az zərər vuraraq iqtisadi firavanlığı əldə etsin və ictimaiyyətin firavanlığının qayğısına daha çox qalsın. Kiçik sənayelərin yaradılması, yerli istehsala dəstək, emal edilmiş materialın (şüşə, kağız) istehsalda təkrar istifadə olunması iqtisadi inkişafa mane olmayacaq və gələcək nəsillərin marağına zərər vurmayacaq kiçik siyahıdır.

Layihə Demokratiya Komissiyasının kiçik qrantlar proqramı çərçivəsində, ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib. Nəşriyyatda qeyd olunan fikirlər müəllifə məxsusdur və ABŞ Dövlət Departamentinin fikrini əks etdirməyə bilər.




Print