Verilişlər
Seçkilər, seçicilər, namizədlər və qorxu barəsində - gənc fəal Beka Şukakidzenin səsli fikri
2013-cü ilin prezident seçkilərində seçicilərin 46,6%-i iştirak edib. Güman ki, onların əsas hissəsini ictimai sektorda işlə təmin olunan adamlar və onların ailə üzvləri təşkil edirdi .

Maraqlıdır, neçə nəfər Gürcüstan vətəndaşı düşünərək, başqasının tapşırığı, tələbi və satın almasından kənar olaraq seçki qutusuna yaxınlaşır? Onların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil, ancaq güman ki, bu say çox azdır.

Seçkilərə qarşı əhalinin belə qarışıq əhval-ruhiyyəsinin çox sayda səbəbi ola bilər: ümidsizlik, biganəlik, tənbəllik, qorxu və.s. İnsanlarda elə hiss var ki, bir səsin həll etməsi, dəyişməsi və yekun nəticələrə təsir göstərməsi mümkün deyil.

Bir tərəfdən belə hissin olması təəccüblü deyil, ancaq onun yaranmasının əsas səbəbi təhsilin aşağı səviyyəsi və mülki məsuliyyətin olmamasıdır.


Baxmayaraq ki, demək olar bütün seçkilərdə əhalinin qoşulması aşağı səviyyədədir. Müsabiqədə iştiraketmək istəyini çox sayda siyasi subyekt və təşəbbüs qrupu bildirir. Prezident seçkiləri də belədir.

Namizədlərin əksəriyyəti komediya janrının personajlarını xatırladırlar. Gülməli olmaqla yanaşı onların zərərli bəyanatları sayəsində, onlar çox hallarda nəinki prezidentlik üçün mübarizəni davam etdirmək, heç seçki bülleteninin siyahısına da düşmürlər. Ancaq belə namizədi hakimiyyət partiyası dəstəkləyərsə nə olar?

Aşağı reytinq və əhali arasında məşhur olmamasına baxmayaraq güman ki, o, səslərin çox hissəsini yenə də toplayacaq və hətta qalib də gələ bilər. Qeyd edilməlidir ki, hakimiyyətin namizədə dəstəyi onu yekdilliklə “iki alan” olmasına baxmayaraq belə gücləndirir.

Əsas siyasi qüvvəyə bankda olan səs ehtiyatından əlavə, qeyd olunan nəticəyə nail olmaq üçün əhalinin yanaşması da dəstək olur. Onların əksəriyyəti düşünmədən inanır ki, hakimiyyətin namizədi qələbəyə bərabərdir.

 

Bir şey aydındır ki, inam da qorxu da keçmiş təcrübəyə söykənir. Ancaq, əsas problem aydındır və o, seçkilərə əhalinin aşağı səviyyədə qoşulmasıdır. Gürcüstan vətəndaşı yalnız sonuncu halda seçki qutusunun yanına gedir.

Bəziləri hesab edir ki, bu onun işi deyil, bəzilərinə isə qərar qəbul etməyi başqalarına həvalə etmək daha uyğundur.

Aydındır ki, gürcü siyasi bazarında elə də keyfiyyətli mal satılmır, pis və daha pis arasında seçim etmək isə elə də xoşa gələn proses deyil, amma aydın deyil bir halda ki, açıq aşkar görünür ki, pis daha pisdən yaxşıdır o zaman bu proses niyə çətindir.


 


İnsanların hüquqları üçün mübarizə apardığı əsrdə lazımdır ki, bir-birimizə öhdəliklərimizi də xatırladaq.

Adam olmaq bizə öhdəlik qoyur ki, öz firavanlığımız üçün şəxsi seçimimizi edək.


 






Səsli fikirlər/Müəllif: Beka Şukakice, Marneuli sakini, fəall

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Qadın olmağın asan olduğu bir cəmiyyət
yoxdur..Bütün cəmiyyətlərdə qadın olmaq,bitməyən bir mübarizə
mənasına gəlir.
Qadın olmağın asan olduğu bir cəmiyyət yoxdur..Bütün cəmiyyətlərdə qadın olmaq,bitməyən bir mübarizə mənasına gəlir.
Bu
gün
Bu gün "Marneuli" radiosunun canlı efirində yayımlanan "Sizin maraq dairəniz" verilişinin qonağı müğənni Şaban Məmmədov oldu.
O,
11 il bundan əvvəl həyatının ən böyük səhvini etdi. Öz istəyini
nəzərə almadan anasının istəyi ilə heç sevmədiyi biri ilə evləndi.
Xoşbəxt olacağını düşünürdü “Böyüklər səhv etməz,
xoşbəxt olaram, ya da birtəhər səbr edib dözərəm”, –
deyirdi. Lakin o, elə də xoşbəxt ola bilmədi...
O, 11 il bundan əvvəl həyatının ən böyük səhvini etdi. Öz istəyini nəzərə almadan anasının istəyi ilə heç sevmədiyi biri ilə evləndi. Xoşbəxt olacağını düşünürdü “Böyüklər səhv etməz, xoşbəxt olaram, ya da birtəhər səbr edib dözərəm”, – deyirdi. Lakin o, elə də xoşbəxt ola bilmədi...
28
yaşlı Əfsanə həyat mübarizəsindən danışır
28 yaşlı Əfsanə həyat mübarizəsindən danışır


Mən özünü uğurlu hesab edən Səma Həsənova. Bu uğur yalnız müəyyən
layihələrdə, konkurslarda qazandığım uğur deyil, bu streotiplerlə
əlaqədar olan uğurdur. Məktəb tətilindən əvvəl bir neçə məktəbdə
oldum,

Mən özünü uğurlu hesab edən Səma Həsənova. Bu uğur yalnız müəyyən layihələrdə, konkurslarda qazandığım uğur deyil, bu streotiplerlə əlaqədar olan uğurdur. Məktəb tətilindən əvvəl bir neçə məktəbdə oldum,
Eqo,
çox olmadığı təqdirdə yararımıza işləyən, hətta çox yerdə streslə
mübarizə aparmağımıza kömək edən, normasında olması gərəkən bir şey
olaraq təsvir edə bilərik əslində.
Eqo, çox olmadığı təqdirdə yararımıza işləyən, hətta çox yerdə streslə mübarizə aparmağımıza kömək edən, normasında olması gərəkən bir şey olaraq təsvir edə bilərik əslində.
Yazmağa başladığım zaman, belə spontan şəkildə
birdən birə yazmıram, hadisələri uzun zaman ərzində müşahidə
edirəm. Fərqi yoxdur bu hansı haldır, bu qayda mənim üçün
istisnasız baş verir. Əsas olan odur ki, yazdığım hadisələr baş
verir.
Yazmağa başladığım zaman, belə spontan şəkildə birdən birə yazmıram, hadisələri uzun zaman ərzində müşahidə edirəm. Fərqi yoxdur bu hansı haldır, bu qayda mənim üçün istisnasız baş verir. Əsas olan odur ki, yazdığım hadisələr baş verir.
Sənə
tükənməz bir ümid və göz yaşları ilə baxan birinin həyatını xilas
etmək, çox ama çox qəribə bir hissdir.
Sənə tükənməz bir ümid və göz yaşları ilə baxan birinin həyatını xilas etmək, çox ama çox qəribə bir hissdir.