Verilişlər
Seçkilər, seçicilər, namizədlər və qorxu barəsində - gənc fəal Beka Şukakidzenin səsli fikri
2013-cü ilin prezident seçkilərində seçicilərin 46,6%-i iştirak edib. Güman ki, onların əsas hissəsini ictimai sektorda işlə təmin olunan adamlar və onların ailə üzvləri təşkil edirdi .

Maraqlıdır, neçə nəfər Gürcüstan vətəndaşı düşünərək, başqasının tapşırığı, tələbi və satın almasından kənar olaraq seçki qutusuna yaxınlaşır? Onların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil, ancaq güman ki, bu say çox azdır.

Seçkilərə qarşı əhalinin belə qarışıq əhval-ruhiyyəsinin çox sayda səbəbi ola bilər: ümidsizlik, biganəlik, tənbəllik, qorxu və.s. İnsanlarda elə hiss var ki, bir səsin həll etməsi, dəyişməsi və yekun nəticələrə təsir göstərməsi mümkün deyil.

Bir tərəfdən belə hissin olması təəccüblü deyil, ancaq onun yaranmasının əsas səbəbi təhsilin aşağı səviyyəsi və mülki məsuliyyətin olmamasıdır.


Baxmayaraq ki, demək olar bütün seçkilərdə əhalinin qoşulması aşağı səviyyədədir. Müsabiqədə iştiraketmək istəyini çox sayda siyasi subyekt və təşəbbüs qrupu bildirir. Prezident seçkiləri də belədir.

Namizədlərin əksəriyyəti komediya janrının personajlarını xatırladırlar. Gülməli olmaqla yanaşı onların zərərli bəyanatları sayəsində, onlar çox hallarda nəinki prezidentlik üçün mübarizəni davam etdirmək, heç seçki bülleteninin siyahısına da düşmürlər. Ancaq belə namizədi hakimiyyət partiyası dəstəkləyərsə nə olar?

Aşağı reytinq və əhali arasında məşhur olmamasına baxmayaraq güman ki, o, səslərin çox hissəsini yenə də toplayacaq və hətta qalib də gələ bilər. Qeyd edilməlidir ki, hakimiyyətin namizədə dəstəyi onu yekdilliklə “iki alan” olmasına baxmayaraq belə gücləndirir.

Əsas siyasi qüvvəyə bankda olan səs ehtiyatından əlavə, qeyd olunan nəticəyə nail olmaq üçün əhalinin yanaşması da dəstək olur. Onların əksəriyyəti düşünmədən inanır ki, hakimiyyətin namizədi qələbəyə bərabərdir.

 

Bir şey aydındır ki, inam da qorxu da keçmiş təcrübəyə söykənir. Ancaq, əsas problem aydındır və o, seçkilərə əhalinin aşağı səviyyədə qoşulmasıdır. Gürcüstan vətəndaşı yalnız sonuncu halda seçki qutusunun yanına gedir.

Bəziləri hesab edir ki, bu onun işi deyil, bəzilərinə isə qərar qəbul etməyi başqalarına həvalə etmək daha uyğundur.

Aydındır ki, gürcü siyasi bazarında elə də keyfiyyətli mal satılmır, pis və daha pis arasında seçim etmək isə elə də xoşa gələn proses deyil, amma aydın deyil bir halda ki, açıq aşkar görünür ki, pis daha pisdən yaxşıdır o zaman bu proses niyə çətindir.


 


İnsanların hüquqları üçün mübarizə apardığı əsrdə lazımdır ki, bir-birimizə öhdəliklərimizi də xatırladaq.

Adam olmaq bizə öhdəlik qoyur ki, öz firavanlığımız üçün şəxsi seçimimizi edək.


 






Səsli fikirlər/Müəllif: Beka Şukakice, Marneuli sakini, fəall

ICON_SEP Print ICON_SEP