Xəbərlər
Azad cəmiyyəti necə quraq - Konistitusional araşdırmalar üzrə mütəxəssis Giorgi Mumladze


Biz insanlar bir çox çətinliklərlə yaşayırıq. Bu çətinliklər həm maddi həm də mənəvi yaşamla əlaqədardır. Məhz həmin çətinliklər həyatı maraqlı edir, əks halda biz mənasız varlıqlar olardıq. Çətinliklərin klassifikasiyası bizi uzaqlara aparacaq, ona görə də bir neçə vacib məsələyə diqqət yetirməyə dəyər
.

İlk növbədə onu düşünməliyik ki, azad insan olmaq istəyirik ya yox. Sanki qəribə səslənir, çünki bu suala mənfi cavab verəcək adamlar yəqin ki, az olar. Amma dərk ediləcək səviyyədə, azadlıq əldə olunacaq və mübarizə aparılmalı olan dəyərdir. Buna görə həyatda bir çox qarşıdurmalarla rastlaşa bilərik. Ona görə də birinci odur ki, azad olmaq istəyimiz olsun və ikinci odur ki, bunların hamısına nə dərəcədə hazırıq. Düşünürəm ki, azadlıq və əks təsir göstərmək bacarığı sinonimdir, çünki ailədən başlayıb dövlət institutları ilə əlaqəyə qədər azad seçimin yanında hər mərhələdə qarşı çıxmalar da olur.

Azadlıq əldə etmək üçün mübarizə insanda əsasən, kiçik yaşlardan başlayır. Bu zaman dərk edilməyən qarşı çıxmaların yeri var. Məsələn, 10 yaşlı uşaq istəyir ki, ağ əvəzinə qırmızı köynək geyinsin, bu onun daxili etirazını göstərməsidir və bu qığılcımı azadlıq verir.

Ancaq bu hadisəni onun kaprizi kimi dərk edirik və çox hallarda qarşı çıxmanı asan səbəblə susdururq ki, böyüklər belə istəyir və ya müəyyən tələb var – məsələn, məktəbdə. Bu konkret misalda görə bilərik ki, müəyyən çərçivələrdən kənar azadlıq mövcud olmaz.
Bu çərçivələr dövlət şəklində yaradılmış sistem və cəmiyyətə çökmüş stereotiplərdir.

Sistem və seterotiplərlə mübarizədə 10 yaşlı uşaq gücsüzdür, ancaq yaşın artması ilə bərabər artan bilgi və tənqidi düşüncə qarşı çıxma bacarığını və arealı genişləndirir. Əsas odur ki, o, suallar verməyi dayandırmasın və şəxsiyyət olaraq formalaşmaq yolunda yeniyetmənin cəmiyyətin tam dəyərli üzvü olmasının ön şərti olan sistemin və stereotiplərin qulu olmasın. Özlüyündə, azad cəmiyyət ideyası belə fərdlərə əsaslanır.

Biz böyüklərin, vətəndaşların, valideynlərin, azadlıq sevər insanların hansı öhdəliyi var. Yeniyetmələrə azad fərdə çevrilməkdə neçə dəstək ola bilərik, problem nədədir?

Artıq dərəcədə qayğı və bütün problemlər bizim həll etməyimiz, düşünürəm ki, onların azadlığı üçün kobud xidmətdir, çünki bununla yeniyetmələrin qarşı çıxma bacarığını işlətməsi imkanını öldürürük və uyğunlaşan insanlara çeviririk. Bu onların müstəqil fərd olaraq formalaşması prosesinə mane olur. Bu olmadan isə azadlıq mövcud olmaz.


Eləcə də təqib etmək məqamı da diqqətə layiqdir, bu zaman yeniyetmə daim eşidir ki, necə olmalıdır, kimin oxşar yaşamalıdır və.s. Ola bilər bu prosesi motivasiya adlandıraq. Ancaq real olaraq bununla çalışmış oluruq ki, o, öz istədiyi kimi deyil bizim istədiyimiz fərd kimi yetişsin. Bu yeniyetmədə onun real imkanlarını və bacarığını göstərmək istəyini öldürür, nəticədə isə məcburi olaraq onu xoşbəxt edəcək yolu deyil, təriflədikləri yolu seçir.

Yeniyetmələr üçün ixtisas və çalışmağın planlaşdırılması. Baxmayaraq ki, bu sahəyə qarşı onun hansısa marağı var ya yox, rəqabətli və peşəkar kadrların çatışmamazlığının birbaşa səbəb olması trendə çevrilib.

Zəncir asandır, artıq dərəcədə qayğı ilə və bütün problemlərdən təcrid edilmiş yeniyetmə müstəqil qərar verə bilmir. Ailə və ətraf mühitin istəyini nəzərə alır, həkim, hüquqşünas, iqtisadçı və.s. olur.

Qarşı çıxa bilmir, sevdiyi və onu xoşbəxt edəcək işi görməkdən imtina edir. Bədbəxtlikdən, məktəbəqədər və məktəb təhsili onda azad seçim imkanı adlı bacarıq formalaşdıra bilmir. Çünki bunu böyüklər də belə qəbul edib, qərar verəcək fikir onlarınkı olur və yeniyetmələr bunu qəbul edir. İndiki mərhələdə olan özü də başa düşür ki, kiməsə qarşı çıxmaq üçün yetərli bacarığı yoxdur, alternativ yol görmür və “məsləhətə” inanır.

Qaşımızda duran problemləri həmin dəqiqə həll edə bilmərik, insanlara qadağan edə bilmərik ki, qayğımıza qalsınlar, hətta artıq dərəcədə, heç evladlarının əvəzinə problemləri həll etməyi də qadağan edə bilmərik.

Deyə bilmərik ki, təqib etməli olduqları adamların adını deməsinlər, ixtisas seçimində də onların rolunu silə bilmərik. Amma böyüklərin və eləcə də yeniyetmələrin məlumatının artmasının qayğısına qala bilərik. Başa düşəcək səviyyəyə qədər aparıb çıxarmalıyıq ki, hər bir adam yaşından asılı olmayaraq fərddir.

Yeniyetmələri dinləməliyik və onların fikrinə hörmət etməliyik, öyrənməliyik ki, onlar öz gələcəkləri haqqında nə düşünürlər, konkret qarşı çıxmanı nə dərəcədə aşa bilirlər və.s.
Çox asan hərəkətlərlə onlarda “mən əhəmiyyətliyəm” emosiyasını oyada bilərik. Bununla o, daha çox cəsarətli olur. Yekunda isə müstəqil fərd formalaşır. Onun yaşam qaydası şəxsi azadlığı ilə yanaşı həm də azad cəmiyyətin qurulmasının qayğısına qalmaq olacaq.


Azad cəmiyyətin olub-olmaması məsələsi keyfiyyətli təhsildən keçir. Bu əsasını məktəblərdən götürməlidir, ancaq bu gün bizim məktəblər tənqidi qəbul edə bilmirlər, səbəb isə yenilənməyən pedaqoqlar korpusudur. Onların orta yaşı çox yüksəkdir və sovet metodlarından yeni tədris metodlarına adaptasiya ola bilmirlər. Buna görə də qeyri-rəsmi təhsilə, debat mədəniyyətinin inkişafına və tənqidi fikirə diqqət az yetirilir.

Tədris strukturu belədir: Müəllim alternativi olmayan avtoritetdir. Onun mövqeyini də şagird apellasiyasız dərk etməlidir, fənn dərsliyinin tədrisi isə əzbərləmək metodu ilə olur. Bunun fonunda başa düşmək çətin deyil ki, yeniyetmələr niyə müstəqil deyillər və niyə qarşı çıxma bacarıqları yoxdur. Müvafiq bacarıqları olmayan yeniyetmə ali təhsil almağa başlayır. Orada isə problemlər daha çoxdur.

Təhsildə olan problemlərin fonunda, maarifləndirmə prosesi sağlam deyil, ona görə də proses nəticəsində formalaşan fərdlər çağırışın elə yüksəkliyində deyillər ki, uğurla azad cəmiyyəti çalışdırsınlar.


Azad cəmiyyətdə yaşayaq istəyi nəticə üçün yetərli deyil. Təhsil istiqamətində, ağrılı olsa da belə konkret addımlar atılmalıdır. İlkin mərhələdə dövlət hər şey etməlidir ki, müasir tədris metodlarından təcrübədə istifadə etməkdə çətinlik çəkməyəcək, yaşlı və köhnə metodlarla çalışan pedaqoqları gənclərlə və enerjili adamlarla əvəz etsin.

Ola bilər pedaqoqların əvəz edilməsi prosesi ağrılı olsun, ancaq o “ağrı” qısa müddətli təsirdir, ancaq rəqabətli və azad adamı “itirmək” bizim üçün düzəlməyəcək çatışmamazlıqdır.

Düşünürəm ki, bizim ətrafımızda olan problemlərin əsas səbəbi azad olmayan, yeniliklərə adaptasiya olmaqda, rəqabəti qəbul etməkdə, fərqli fikirə uyğunlaşmaqda,öz işinə yönəlməkdə, üstünlükləri düzgün sıralamaqda çətinlik çəkən cəmiyyətdir, siyahı bizi uzağa aparar.

Sadəcə başa düşməliyik ki, bu problemlərin səthi və qısa müddətli həlli çıxış yolu deyil. Çıxış yolu cəmiyyətin söykənəcəyi yerin, yəni bizim/fərdlərin sağlam olmasında, müstəqillik səviyyəsinin artırılmasında və qarşı çıxmaq bacarığının formalaşdırılmasındadır ki, bunun qayğısına qalmağa ailədən başlanmalıdır və davam edərək məktəbdə tamamlanmalıdır.

Biz qorxmamalıyıq və insanlara azadlığa doğru tələsməkdə mane olmamalıyıq. Əksinə onlara düşüncə və maddi resurslar baxımdan kömək etməliyik, çünki dünyada bu gün mövcud olan məhdud resursların fonunda xilas olmaq cəmiyyətin sağlamlığına və azadlıq dərəcəsinə bağlıdır.



Giorgi Mumladze



FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Yayım şirkəti Rustavi2 yenilənmiş efirə və
“Kurieri” xəbərlər buraxlışının yayımına 23 sentabrdan
başlayacaq.
Yayım şirkəti Rustavi2 yenilənmiş efirə və “Kurieri” xəbərlər buraxlışının yayımına 23 sentabrdan başlayacaq.
NDİ-ın araşdırmasına əsasən İnstitutlar
arasında əhali Gürcüstanın Provoslav Kilsəsinin fəaliyyətini müsbət
dəyərləndirir.
NDİ-ın araşdırmasına əsasən İnstitutlar arasında əhali Gürcüstanın Provoslav Kilsəsinin fəaliyyətini müsbət dəyərləndirir.
Milli-Demokratik İnstitut (NDİ) və CRRC
Gürcüstanın 19 sentyabrda yayımladığı araşdırmasına əsasən
hökumətin fəaliyyətini 60% mənfi dəyərləndirir.
Milli-Demokratik İnstitut (NDİ) və CRRC Gürcüstanın 19 sentyabrda yayımladığı araşdırmasına əsasən hökumətin fəaliyyətini 60% mənfi dəyərləndirir.
Marqarita Miskaryan Marneuli Uşaq Bağçaları
Birliyini bir növ ayrı-seçkilikdə ittiham edir. O, bir neçə gün
əvvəl bilib ki, onu Dəmyə kəndində məktəbəqədər hazırlıq mərkəzinə
gürcü dili müəllimi vəzifəsinə qəbul etməyiblər.

Marqarita Miskaryan Marneuli Uşaq Bağçaları Birliyini bir növ ayrı-seçkilikdə ittiham edir. O, bir neçə gün əvvəl bilib ki, onu Dəmyə kəndində məktəbəqədər hazırlıq mərkəzinə gürcü dili müəllimi vəzifəsinə qəbul etməyiblər.

Marneuli bələdiyyəsində 25 ictimai məktəb
2019-2020-ci tədris ili başlayana qədər elan edilmiş vakansiya
nəticəsində 82 pedaqoqu işə qəbul edib. Onların əksəriyyəti 35 yaşa
qədərdir.

Marneuli bələdiyyəsində 25 ictimai məktəb 2019-2020-ci tədris ili başlayana qədər elan edilmiş vakansiya nəticəsində 82 pedaqoqu işə qəbul edib. Onların əksəriyyəti 35 yaşa qədərdir.

“Gürcüstan Dəmiryolu”nun baş direktoru Davit
Peradze 17-18 sentyabrda Gürcüstanın İqtisadiyyat və Davamlı
İnkişaf naziri Natia Turnava və onun müavini ilə birgə Azərbaycana
səfər edib.
“Gürcüstan Dəmiryolu”nun baş direktoru Davit Peradze 17-18 sentyabrda Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava və onun müavini ilə birgə Azərbaycana səfər edib.
NDİ-ın araşdırmasına görə, hakimiyyətdə
liderlər arasında ən yüksək reytinqə Kaxa Kaladze
malikdir.
NDİ-ın araşdırmasına görə, hakimiyyətdə liderlər arasında ən yüksək reytinqə Kaxa Kaladze malikdir.