Mariam Caş üzr istəməlidirmi - Kamran Mamedov

İki gün əvvəl Mariam Caşın Azərbaycanda yaşayan gürcülərin hüquqlarının Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarına bərabər olması haqqında bəyanatı böyük həyəcana səbəb oldu.


Həmişə olduğu kimi gürcü facebook cəmiyyəti iki hissəyə - Caşın müdafiəçiləri və Caşa qarşı çıxnlara bölündü. Xalq Müdafiəçisi da daxil olmaqla çox sayda adamlar bu bəyanatı tənqid etdilər və Caşdan əlavə izahat istədilər. Böyük yəqinlə, indi Caş da dediyi sözlərlə tam razı deyil.
Yəqin o, bu günlərdə çalışacaq ki, mediadan uzaqlaşsın və cəmiyyətin onun ifadəsini unutmasını gözləsin. Təəssüf ki, əminəm çox tezliklə belə də olacaq. Hamı öz gündəlik rutininə qayıdacaq və Caşın bu bəyanatı da aktuallığını itirəcək. Bunun hamısını dərk etdikdən sonra bu sualı vermək üçün böyük fəlsəfəyə ehtiyac yoxdur:

• Tərəqqiyə çatmış Facebook cəmiyyətində “susdurduğumuz” və qarşı çıxdığımız Caşın bəyanatı onun öz fikri idimi?

• Yaxud Caşın bu bəyanatı cəmiyyətdə tarixi və mədəni olaraq dərin yer almış kimin gürcü olduğunu müəyyən edən real problemdir? Gürcü dövləti kimi müdafiə edir? Və gürcü dövlət idarəçiləri və liderləri kimə xidmət göstərməlidirlər?


Etiraf edirəm ki, mənim ilk reaksiyam da Caşdan üzr istəməsini tələb etmək idi. Faktdır ki, o, pis bir şey deyib və bunu düzəltməlidir.
O, , “yadlaşdırdığı” və beynəlxalq ticarət əşyasına çevirdiyi, vergi ödəyən əhalinin bir hissəsindən üzr istəməlidir. Sanki asan məntiq xəttidir: insan nəisə törədibsə üzr istəməlidir. Amma bir az düşünsək görərik ki, əsas sual belədir:

Caş üzr istədikdə nə dəyişəcək?

Bu suala mənim birmənalı şəkildə cavabım var, heç nə.   Caşın üzr istəməsi böyük gümanla onun siyasətçi kimi simasını qoruyub-saxlamasına kömək edəcək.

Amma təəssüf ki, üzr istəsə də heç nə dəyişməyəcək.

Ona görə ki, Caşın çıxışının əsasında bugünkü gürcü dövlətinin, kilsənin, siyasətçilərin, akademiklərin, QHT sektorunun, jurnalistlərin, biznesmenlərin, fəhlə sinifinin,işsizlərin, evdar qadınların, nənə və babaların, gənclərin və uşaqların gürcülüyün müasir anlayışını dərk etməsi durur.

Və bu dərk etmədə Gürcüstan vətəndaşının pasportu heç nəyi əks etdirmir. Gürcülük etnik gürcülükdür. Ancaq gürcülüyün bu anlayışına əsasən, Gürcüstan dövlətinin ilk növbədə qayğısına qalmalı olduğu məsələ etnik gürcülərin mədəniyyətini xilas etmək və qorumaqdır.

Və əgər müasir gürcü dövlətinin əsas məqsədi etnik gürcülüyün və gürcü mədəniyyətinin xilasıdırsa, o zaman Caş nəyi düzgün deməyib?

Yekunda Caşa müraciət etmək istəyirəm ki, ona mediadan gizlənmək lazım deyil. Ona üzr istəmək də lazım deyil. Heç dediyi sözlərə görə özünü pis də hiss etməməlidir. Əksinə o, real düşündüyünü deyib və ikiüzlü hərəkət etməyib. Hətta ona dürüstlüyünə görə təşəkkür də etməliyik.

Yaxud Gürcüstanın əsas qayğısının vətəndaşlarının marağını qorumalı olduğu, gürcülüyün müasir anlayışını dəyişmək üzərində çalışmalıyıq.




Print Email
FaceBook Twitter Google