Xəbərlər
Mahnı oxuyan, rəqs edən və tamaşa göstərən azərbaycanlı qızlar
Bu il məktəblərdə keçirilən son zənglər diqqətimi daha çox çəkdi. Əvvəlki illərə baxanda bu dəfə müasir və rəngarəng idi. Gənclər həvəsli, stereotiplərdən uzaq öz uşaqlıqlarının son günlərini azad və məsumca yaşayırdılar. Bir çox məktəblərin son zəng videolarını izlədim.

Orada gənc məktəbli qızlar mahnı oxuyur, şer deyir, rəqs edir və maraqlı tamaşalar göstərirdilər. Tamaşalar xüsusi diqqətimi çəkdi, baxmayaraq ki, onlar bu sahə üzrə xüsusi təhsil almayıblar, çox ustalıqla öz rollarını aparırdılar. İzəyicilər qarşısında çox rahat və azad şəkildə özlərini ifadə edirdilər. Hər il son zəng proqramları belə maraqlı və əyləncəli keçir.

Bəs o gündən sonra o mahnı oxuyan, rəqs edən, tamaşa göstərən qızlar hara yoxa çıxır? Onların istedadı hansı qapılar arxasında dəfn edilir, onlar niyə bu sahədə öz gələcəklərini görə bilmirlər? Niyə bütün bunlar sadəcə bir gün üçün, son zəng üçün hesablanır? Mən bu sualların cavablarını sadəcə bir neçə məsələyə toxunaraq cavablandırmaq istəyirəm. Kənd və icmalarda uşaqlar və gənclər üçün məktəbdən başqa bir sosial məkan yoxdur.

Onların bütün fəaliyyəti məktəblə başlayır və məktəblə də belə bitir. Valideyinlər öz təcrübəsiz uşaqlarını kənddən şəhərə getməyə buraxmır, hesab edirlər ki, park görməyən qızı, şəhərə getsə parka gedib adı çıxar, cəmiyyətdə sosiallaşmayan gənc qızını dost tanışları ilə birgə görüb adına söz çıxar və gələcək taleyində problemlər olar.

Ancaq bu narahatçılıqların heç birində uşağın hüququ və təlabatı hesablanmır, sadəcə valideyinin nüfuzu və şəxsiyyətinin kirlənməsi və özünün bundan doğan zəifliyindən qorxu var. Lap öz məktəbəqədər bacarığını sonra da davam etsə incəsənət sahəsi seçsə nə olar? Mahnı oxuyan, tamaşa göstərən qadın keyfiyyətsiz və başsızdır? Biz öz düşüncəmizi dəyişmək əvəzinə gənclərin istedadanı öldürməyə üstünlük veririk. Bəli biq öz uşaqlarımıza qarşı eqoistik.

İkinci məsələ, yerli idarəetmə o sakinlər üçün hər hansı addımlar atmır, hər şey sadəcə mərkəz və şəhərli gənclər üçün hesablanıb. Bəs əhalinin əsas hissəsinin qeydinə və qayğısına kim necə qalmalıdır? Niyə onlar öz haqqlarına düşən payı götürə bilmirlər. Kənd deyəndə yalnız ağıla torpaq, pomidor, kartof, su gəlir. Bütün bu zəif dünya görünüşündən çıxmaq üçün bizə daha neçə illər lazımdır?

Müəllif: Samira Bayramova

Mənbə: Pəncərə
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Aksiyada güc tətbiq olunması zamanı cərəyan
edən hadisələrə hüquqi cavab verilməlidir,
Aksiyada güc tətbiq olunması zamanı cərəyan edən hadisələrə hüquqi cavab verilməlidir,
Polis ailə üzvünü amansızlıqla qəsdən öldürmə
ittihamı ilə bir nəfəri saxlayıb.

Polis ailə üzvünü amansızlıqla qəsdən öldürmə ittihamı ilə bir nəfəri saxlayıb.

Bidzina İvanişvili həqiqətən
presedenti olmayan qərar səsləndirdi və onu bütün komanda
dəstəkləyir,
Bidzina İvanişvili həqiqətən presedenti olmayan qərar səsləndirdi və onu bütün komanda dəstəkləyir,
Gürcüstan
Parlamentində bu gün planlaşdırılan bir neçə Komitə iclası təxirə
salınıb.
Gürcüstan Parlamentində bu gün planlaşdırılan bir neçə Komitə iclası təxirə salınıb.
Gürcüstanın
Daxili İşlər naziri Giorgi Qaxaria yenə də postunda
qalmaqdadır.
Gürcüstanın Daxili İşlər naziri Giorgi Qaxaria yenə də postunda qalmaqdadır.
Həyat hər şeyə düzəliş edir və hər hansı məsul
siyasi qüvvə borcludur ki, ölkə qarşısında duran problemlərə
adekvat yanaşsın və əsas olan odur ki, ictimaiyyəti başa
düşsün
Həyat hər şeyə düzəliş edir və hər hansı məsul siyasi qüvvə borcludur ki, ölkə qarşısında duran problemlərə adekvat yanaşsın və əsas olan odur ki, ictimaiyyəti başa düşsün
Hakimiyyət Gürcüstanda 2020-ci il Parlament
seçkilərinin proporsional sistemlə keçirilməsinə
razıdır.
Hakimiyyət Gürcüstanda 2020-ci il Parlament seçkilərinin proporsional sistemlə keçirilməsinə razıdır.
20-21 iyunda parlamentin ətraf ərazisində
aksiyanın dağıdılması zaman xəsarət alanlardan 19 nəfəri hələ də
klinikalarda qalmaqdadır.
20-21 iyunda parlamentin ətraf ərazisində aksiyanın dağıdılması zaman xəsarət alanlardan 19 nəfəri hələ də klinikalarda qalmaqdadır.