Qadınlarında öz fikirlərini azad şəkildə ifadə etmək hüququ var - Arzu Osmanovanın səsli fikri
Başqa bölgələrdə olduğu kimi bizim bölgəmizin də özünəməxsus problemləri var. Bu problemlərin başında isə kəndlərdə vətəndaş təhsilinin aşağı səviyyədə olmasıdır. Bu isə öz özlüyündə bir çox problemin yaranmasına səbəb olur.

Qadınların cəmiyyətdə qeyri-aktiv olması və ümumiyyətlə kənd əhalisinin seçkilərdə passiv iştirakı bunlardan bir neçəsidir.
Seçicilərin passivliyi, xüsusən də qadınların passiv olmasının bir neçə səbəbi var. Məsələn seçici qadınlar düşünürlər ki, onların bir səsi həll edici deyil, yəni onların səsi heç nəyi dəyişdirə bilməyəcək. İkinci isə qadınlar seçkilərdə zəif iştirak edirlər. Məsələ, ailədə 4 seçici varsa onlardan sadəcə kişilər seçkidə iştirak edirlər və bunun yetərli olduğunu düşünürlər.
Belə olduğu halda əlbətdə seçkilərdən düzgün nəticələr əldə edə bilmirlər.


Bu problemin həlli üçün bizim kəndin gəncləri “Orbeliani Gürcüstan” fonduna layihə yazıb təqdim etdik. Növbədən kənar mer seçkiləri ərəfəsində Xüldərə və Mollaoğlu kəndlərində 100 seçici arasında sorğu apardıq. Layihə əasaən qadınlar üçün nəzərdə tutulduğuna görə 100 nəfər arasında keçirilən sorğunun 68-i qadın, 32-si isə kişi seçici təşkil edirdi.
Sorğulardan da göründüyü kimi əhalinin seçki haqqında məlumatı çox azdır. Onların nəinki seçki haqqında az məlumatı var hətda bu haqda maraqlanmırlar. Sorğuda verilən cavablara əsasən məlum oldu ki, əhalinin 46%-i hansı seçkilərin yaxınlaşdığını, 42%-i vaxtını, 72%-i merliyə namizədlərin seçki proqramını bilmir, 59%-i isə ümumiyyətlə seçkilərə getməyi fikirləşmir.

Layihə çərçivəsində keçirilmiş tədbirlər nəticəsində aydın oldu ki, qadınların məktəblərdən başqa dövlət işlərində işləmələrinə nadir halda rast gəlinir. Buna misal olaraq, Sadaxlı yerli özünü idarəetmə orqanında yalnız bir qadın işçinin olmasını göstərmək olar.

Mənim fikrimcə bu problemin həlli bu sahədə məlumatlandırmanın gücləndirilməsi ilə əlaqəlidir. Sorğunun nəticələri bizi məcbur etdi ki, məlumatlandırıcı görüşlər keçirək. Üç kəndin dörd məktəbində keçirilmiş görüşlərin əsas təsir dairəsində gənclər, xüsusi ilə də yuxarı sinif şagirdləri idilər, çünki onlar yaxın gələcəyin azad seçiciləridirlər. Bu layihə çərçivəsində hansı tədbirlər keçirdiyimizi daha aydın şəkildə başa düşmələri üçün slayd şoulardan istifadə etdik. Səs vermə zamanı keçirilən proseduraları əyani çəkildə təsvir etmək üçün hazırladığımız videoçarxdan istifadə etdik. Prezentzçiyadan (təqdimatdan) sonra görüşləri diskusiya şəklində davam etdirirdik. Bu diskusiyalar bizə imkan verdi ki, hər iki tərəf arasında fikir mübadiləsi aparaq və gənclərin seçkiyə qarşı mənfi düşüncələrini qisməndə olsa aradan qaldıraq.
Əlbətdə ki, bu bir neçə görüş insanlarda formalaşmış mənfi düşüncələri aradan qadırmağa kifayət deyildir. Bu problemin həlli yolunda daha uzun məsafə qət etmək üçün əhali ilə marifləndirici gürüşləri, kənd yığıncaqlarını sistematik olaraq davam etdirməliyik.

Qadınlarında öz fikirlərini azad şəkildə ifadə etmək hüququ var, hansı ki, buda onlara imkan verir ki, cəmiyyətə inteqrasiya etsinlər, aktivləşsinlər və dövlət səviyyəsində əhəmiyyətli qərarların alınmasında iştirak etsin. Qadınların ictimaiyyətdə passiv iştirakı bu ictimaiyyətin ən böyük prablemidir.

Keçirilmiş sorğular və görüşlər bizə bir daha göstərdi ki, gürcü dilini bilməmək, özünü inkişaf prosesinin ləng getməsi və təhsilin aşağı səviyyəsi nəinki yuxarıda qeyd etdiyimiz problemin, eləcədə bir çox ictimai prablemlərin həll edilməsində bizə maneçilik törədir. Buna görə də bütün gənclərimiz təhsil almalıdır və ancaq belə olduğu təqdirdə biz arzu etdiyimiz kimi bir gələcək formalaşdıra bilərik.

Arzu Osmanova
NTİ aktivisti

Print Email
FaceBook Twitter Google