" Sən artıq dünən gecə etibarı ilə artıq bir zibil oldun"- Gülgün Məmmədxanovanın erkən evliliklə bağlı səsli fikri
Düşüncə iltihabı
Müəllif - Gülgün Məmmədxanova/
Pəncərə
Əminəm ki , bir dostumuz bir gün deyəndə ki " Bu gün erkən
evliliklə əlaqəli tədbir var, gəl gedək" çoxumuz qısaca belə bir
cavab veririk " İyrəndim artıq bu mövzudan ".
Amma burada biraz diqqətli olmalıyıq .Belə ki, biz bu mövzuda olan
tədbirdən ürəkdolusu iyrəndik , ancaq başlanğıcı " yaxşı ailədir ,
oğlanın özüdə qoçaqdır ,həm alver eliyir .Allah xoşbəxt eləsin ,
verin getsin " variantlarından biri olan real halından heç bir
zaman iyrənmədik ,hətta üstünə şirin çay da içdik. Bizim cəmiyyətdə
əsasən də ali təhsil alan gənclər arasında təzə bir yolxucu
xəstəlik yayılıb. Belə ki bir dəfə dostlarımla söhbət zamanı söz
gəlişi bildirəndəki erkən evliliklə əlaqəli bloq yazıram ,
gözləmədiyim reaksiya aldım .
"Sənin kimi insanlar bizim milləti pisləyirlər , elə erkən evlilik
deyəndə ağıla tək azərbaycanlılar gəlir. Yalnız bizim millətdəmi
var , həm elə şeylər keçmişdə qaldı , görmürsenmi artıq qızlarda
tiflisdə oxuyurlar " dedilər mənə. Bəli, dediklərində doğruluq var
, artıq ali təhsil alan gənclərimiz var .Ancaq bu onu bildirmir ki
, bu problem gözlə görüləcək qədər azalıb , məncə daha doğru olardı
əgər desəydik bu problem qismən azaldılıb. Biz bir cəmiyyət kimi
özümüzə bir sual verməliyik , nəyə görə erkən evlilikdən canımızı
qurtara bilmirik? Hər dəfə kəndə gələndə , yeni nə xəbər var
deyəndə , filankəsin oğlu qız qaçırıb , filankəs gildə nişan var və
s. deyirlər. Bunları deyəndə o qədər normal bir hadisə kimi
deyirlər , necə ki gündə üç dəfə yemək yediymiz qədər normal .
Tam burada bizim cəmiyyətə atalı-analı yetim sözünü desəm yəqin ki
başa düşərsiz nə dediyimi. Bəli , biz bir cəmiyyət olaraq yetimik,
hər şeyimiz var , amma dar düşüncəmizə görə özümüzü yetim etmişik.
Bir dostum var , indi 20 yaşındadı və ailəlidir. Beləki məktəbli
ikən o erkən evliliyin qurbanı oldu, onu qaçırdılar .Sual verə
bilərsiz ki , bunda təcüblənəsi nə var kı ? Amma bilirsizmi nəyə
görə bu dostum haqqında yazdım? Bu qız məktəbli ikən erkən evlilik
əlaqəli tədbirlərdə iştirak edər, kəndlərdə aksiyalar keçirər və
qızlarla qadın hüquqları haqqında uzun uzadı söhbətlər edərdi. Hiss
etdinizmi sizdə ürək sızıntısını ? Bu qız yenildi, daha doğrusu
yendik .
Onun bu mübarizəsinə uşaq oyunu kimi baxdılar və onu qaçırdılar .
Sonra necə ki qaçırılan hər bir qıza elə gecəsi cinsi təcavüz
edilir və sabahısı bir adət halını almış kimi qadınlar toplaşar ,
altından xət çəkə -çəkə deyirəm qadınlar toplaşar və hələ də özünü
yuxuda zənn edən , bədənindəki ağrı -acını illiyinə qədər hiss edən
bir qıza, yox bağışlayın səhf dedim, bir qız uşağına , " daha iş
işdən keçib ,ağlını başına yığ, ağlamağı kəs. Kim sənin arxanda
duracaq geri dönsən. Polisə zəng elə və denən ki öz istəyimlə
gəlmişəm "deyərlər . Bu cümlələr bilirsizmi mənim fikrimcə nə
deməkdir ?
" Sən artıq dünən gecə etibarı ilə artıq bir zibil oldun" Bax biz
belə bir cəmiyyətik , qadını belə qadınına dəstək olmur. Ona görə
hələlik ciddi bir şəkildə dəyişiklik gözləmək balığa havada durmağı
söyləmək qədər mənasızdır.Ona görədə erkən evliliyə qarşı ciddi bir
şəkildə mübarizə aparmaq lazımdır ,çünkü biz burada alt şüurmuza
hopmuş və adət - ənənə adını vermiş iltihablı bir düşüncə forması
ilə vuruşuruq.