Sözünün gücü itmiş qadınlar - Tozu Gülməmmədovanın səsli fikri
Bizim icmada tanımadığım birinin evinə getdikdə əgər qarşılayan qadındırsa, hələ gəlmək məqsədini deməmiş ilk sözləri “yoldaşımı çağırım o gəlsin mənim başım çıxmır” və ya “yoldaşım evdə yoxdur mən sizinlə söhbət edə bilmərəm”dir.

Bir dəfə Ədliyyə evlərinin fəaliyyəti haqqında sorğu keçirirdim, gender balansı qorunması üçün həm qadın həm də kişilərlə söhbət etməli idim. Elə Ədliyyə evində növbəsini gözləyən gənc bir qadına yaxınlaşıb onunla sorğu keçirtmək istədiyimi və cəmi 7-8 sual soruşacağımı dedim. Suallar isə Ədliyyə evinə ildə neçə dəfə gəlirsiniz? işçilər sizin başa düşəcəyiniz dildəmi xidmət edir? və.s tipli idi. Elə ilk sualımı soruşmaq istəyirdim yoldaşı gəldi ki, o bilmir mənnən soruşun, başa salmağa çalışdım ki, mən qadınla söhbət etməliyəm, suallar bilməyəcəyi bir şey deyil. Yoldaşı məni inandırdı ki, o bilmir mən isə onun neçə dəfə Ədliyyə evinə gəlib-getdiyini, hansı servisdən istifadə etdiyini, hansı xidmətdən razı, hansından narazı qaldığını bilirəm. Qadının isə buna etirazı yox idi. Görünür yoldaşının onun yerinə qərar verdiyi ilk hal deyildi. O, artıq bilmədiyinə, qanmadığına inandırılıb. O, inanıb ki, onun fikri, hissləri heç kim üçün əhəmiyyətli deyil. Ailə zorakılığı qurbanı qadınlarla söhbət edərkən hamısınnan soruşuram ki, siz yoldaşınıza etiraz edirsinizmi? Ona bunun həm fiziki ağrıdan başqa, həmdə təhqir edici olduğunu bildirirsinizmi hamısının cavabı “yoxdur” və ya illər sonra müəyyən yaşı keçdikdən sonra danışdıqlarını deyirlər.

Təsəvvür edin qanun qarşısında bərabərhüquqlu iki şəxsdən biri özündə digərini vurmaq, təhqir etmək haqqını görür digəri isə, özündə bunu dilə gətirməyə haqq görmür. Bütün normaları kənara qoyub düşünsək bu çox ədalətsizdi. Amma daha dəhşətlisi həmin qadınların tək funskiyası yaxşı oğlana getmək olduğuna inandırdığı qız uşağı yetişdirməsidir.

Müəllif - Tozu Gülməmmədova
Mənbə - Pəncərə
Print Email
FaceBook Twitter Google