Sözünün gücü itmiş qadınlar - Tozu Gülməmmədovanın səsli fikri
11:16 / 21.08.2019
Bizim icmada
tanımadığım birinin evinə getdikdə əgər qarşılayan qadındırsa, hələ
gəlmək məqsədini deməmiş ilk sözləri “yoldaşımı çağırım o gəlsin
mənim başım çıxmır” və ya “yoldaşım evdə yoxdur mən sizinlə söhbət
edə bilmərəm”dir.
Bir dəfə Ədliyyə evlərinin fəaliyyəti haqqında sorğu keçirirdim,
gender balansı qorunması üçün həm qadın həm də kişilərlə söhbət
etməli idim. Elə Ədliyyə evində növbəsini gözləyən gənc bir qadına
yaxınlaşıb onunla sorğu keçirtmək istədiyimi və cəmi 7-8 sual
soruşacağımı dedim. Suallar isə Ədliyyə evinə ildə neçə dəfə
gəlirsiniz? işçilər sizin başa düşəcəyiniz dildəmi xidmət edir?
və.s tipli idi. Elə ilk sualımı soruşmaq istəyirdim yoldaşı gəldi
ki, o bilmir mənnən soruşun, başa salmağa çalışdım ki, mən qadınla
söhbət etməliyəm, suallar bilməyəcəyi bir şey deyil. Yoldaşı məni
inandırdı ki, o bilmir mən isə onun neçə dəfə Ədliyyə evinə
gəlib-getdiyini, hansı servisdən istifadə etdiyini, hansı xidmətdən
razı, hansından narazı qaldığını bilirəm. Qadının isə buna etirazı
yox idi. Görünür yoldaşının onun yerinə qərar verdiyi ilk hal
deyildi. O, artıq bilmədiyinə, qanmadığına inandırılıb. O, inanıb
ki, onun fikri, hissləri heç kim üçün əhəmiyyətli deyil. Ailə
zorakılığı qurbanı qadınlarla söhbət edərkən hamısınnan soruşuram
ki, siz yoldaşınıza etiraz edirsinizmi? Ona bunun həm fiziki
ağrıdan başqa, həmdə təhqir edici olduğunu bildirirsinizmi
hamısının cavabı “yoxdur” və ya illər sonra müəyyən yaşı keçdikdən
sonra danışdıqlarını deyirlər.
Təsəvvür edin qanun qarşısında bərabərhüquqlu iki şəxsdən biri
özündə digərini vurmaq, təhqir etmək haqqını görür digəri isə,
özündə bunu dilə gətirməyə haqq görmür. Bütün normaları kənara
qoyub düşünsək bu çox ədalətsizdi. Amma daha dəhşətlisi həmin
qadınların tək funskiyası yaxşı oğlana getmək olduğuna inandırdığı
qız uşağı yetişdirməsidir.
Müəllif - Tozu
Gülməmmədova
Mənbə -
Pəncərə