Qadının heç vaxt öz evi olmur - Şəlalə Əmircanovanın səsli fikri
Yazmağa başladığım zaman, belə spontan şəkildə
birdən birə yazmıram, hadisələri uzun zaman ərzində müşahidə
edirəm. Fərqi yoxdur bu hansı haldır, bu qayda mənim üçün
istisnasız baş verir. Əsas olan odur ki, yazdığım hadisələr baş
verir.
Əksər hallarda insanlar bloqlar oxuyan zaman ciddi yanaşmırlar, çün
ki, yazılan yazının mənbəyi hansısa teoriya deyil məhsi şəxsi
müşahidələr və fikirlərdir. Ancaq, qerçəyi eşitmək hər zaman
acıdır...
O zaman başlayaq...
Hadisələri müşahidə etdiyim zaman, suallar yaranır, hansılara ki,
bəzən cavab tapmaq çox çətin əksər hallarda isə mümkünsüz
olur.Maraqlanıram, kimsə qızların həyatı, evi, otağı və şəxsi
həyatını heç demirəm belə,- ən azından şəxsi məkanın haqqında heç
düşünübmü?
Bu gün evsiz-eşiksiz qızlar haqqında danışacağam. Düşünməyin ki,
burada ailəyə sahib olmamaq və ya oxşar bir şey nəzərdə tuturam.
Xeyr. O qızlardan danışıram, hansıların ki, ailəsi, valideynləri və
evidə var qələcəkdədə “olacaq”, ancaq bu evlərdən ilki ata evi,
ikinci isə ər evidi, yəni qızın heçbir vaxt öz evi olmur!
O anadan olur, böyüyür, bəzən böyüyədə bilmir, çatdırmır çün ki,
ərə verilir, sonra isə istər istəməz ər evinə gedir.
Yəni O nəticəyə gəlirik ki, ata yanında, yəni ata evində ona
cavabdeh atası, və ya qardaşıdır (böyük kiçik fərqi yoxdur). Ər
Evində isə əlbətdə ki, bu cavabdehliyi böyük bir məmnuniyyətlə ər
üstlənir. Elə çıxır ki, qız heç özünə cavabdeh deyil və burada
hansı evdən söz gedə bilər ki?!
Sanki qızın ağlı, düşüncəsi yoxdur. Nəbilim və ya özünə qayğı
göstərə bilməz. Birdə elə çıxarırlar ki, sanki qız geri zəkalıdır
və düşüncə qabiliyyəti yoxdur.
Burada bir başqa məsələ yenə var.
Ədətən ailədən ilk öncə qızı ərə verirlər. Mən buna aradan çıxarmaq
deyərdim. Kiçik və ya böyük olmasının yenədə önəmi olmur. Sonra isə
ətrafdan deyirlər, hə artıq azadsınız, ev boşaldı, artıq gəlininizi
rahatca gətirə bilərsiniz.
Bir dəfə qonşunun qızı evdə, çox nəvə istəyirsinizsə qardaşımı
evlədirin demişdi, nənəsi oyandan cavab verdi ki, o zaman o yekə
otağı boşalt o otaq gəlinindi – demişdi. O gələn gəlinində eyni
durumda olduğunu unutmayaq əlbətdə ki. Elə çıxır ki, qızın heç ata
evindədə yeri yoxdu. Çünki yəgin ki, razılaşarsız ər evində adı
“yad qızı” adlandırılır.
Qız hər zaman evsiz-eşiksiz qalır, onun heç bir zaman evi, məkanı,
mülki olmur.
Qız atadan onun mülkinin heç olmasa bir qismini belə tələb etsə o
dəqiqə dava olar. Sən get öz ailənə bax deyərlər, özünün olacaq
deyirlər. O özünün dedikləri ərinin olur əlbətdə ki.
Qızları uşaqlıqdan beləcə öyrədirlər.Altından xətt çəkirəm: bu hər
zaman belə olmur, ancaq sıx rastlanılan təcrübə bunu göstərir.
Qızın heç atadan nəsə tələb etməyə ixtiyarı belə yoxdur. Buna
görədə qadın bunca hadisəyə dözür, zorakılığa, çətinliyə və onun
başına gələn hərşeyə. Bəzisini ata evində yaşayır, geridə qalanını
isə ər evində. Özünün olsa yəgin ki, fərqli hadisələrlədə
qarşılaşardıq.
Müəllif - Şəlalə
Əmircanova
Mənbə - Pəncərə