Streotipləri yenərək qazanılan uğurlar - Səma Həsənovanın səsli fikirləri

Mən özünü uğurlu hesab edən Səma Həsənova. Bu uğur yalnız müəyyən layihələrdə, konkurslarda qazandığım uğur deyil, bu streotiplerlə əlaqədar olan uğurdur. Məktəb tətilindən əvvəl bir neçə məktəbdə oldum,
həqiqətəndə çox potensialli gənclərə rast gəldim onlara gələcəkdə nə olmaq istədiyini soruşduqda bir çox fərqli cavab aldım. Məsələn: mən böyüyəndə müğənni olmaq istəyirəm amma valideyinlərim icazə vermir deyirlər ki, qıraqdan baxan nə deyər?

Mən aktirisa olmaq istəyirəm amma bunu kimin yanında desəm məni ələ salırlar “azz sən haraa məşhur olmaq hara? Get müəllim ol aydan-aya 200 larini al otur evində”..

Mən ingilis dili müəllimi olmaq istəyirrəm amma kəndimizdə dili yaxşı bilən müəllim yoxdur deyə Marneuliyə və ya qonşu kəndlərə getməliyəm. Lakin kəndin boşboğazları buna problem yaradır. Bir dəfə mən ailəmlə danışdım icazə verdilər ki, təhsil mərkəzinə gedib ingilis dilimi inkişaf etdirə bilərəm. Kənd sakinləri bunu eşitdikdə ailəmin ağlını doldurdular və beləliklə 1 gün içərsində ailəm qərarını dəyişdirdi”.

Əslində həmin gənclər valideyinlərini inandırdımışdırlar ki, təhsil vacibdir və onlar qonu-qonşuya qulaq asmaq yerinə uşaqlarına dəstək olmlalıdırlar. Amma bir-iki saatdan sonra qonşular, qohumlar mənasız sözlərlə buna mane olurlar.
İndi isə gəlim öz hekayəmə …

Artıq 3-4 ildir müəyyən dərəcədə aktivlik edirəm, layihələrdə, təlimlərdə, olimpiyadalrda və.s iştirak edirəm. Treninglərə getməyə ilk dəfə 8-ci sinifdən başladım və özümə çox şey qatdım. Düşünürdüm ki, hər şey asandı və belə davam edəcək. Gipa universitetində 4 il ödənişsiz təhsil haqqı qazandım, kəndimizdəkilər mənə inanmadılar.
Gürcüstan üzrə 3-cü yerə çıxdım buna adi bir şey kimi baxdılar. Düşünürdülər ki, kiməsə hörmət edirəm uğurlarım da bunun qarşılığıdır. Bir neçə aydan sonra adımın müəyyən yerdə hallandığını eşitdim. Qulaq asmadım.
Kəndimizdə nəqliyyat problem olduqdan sonra hər dəfə evimizdən əsas yola olan 3 km məsafəni piyada gedirdim. 1 gün yolda gedərkən, qadınların söhbətini eşitdim.

Dialoq belə idi: -Agız bu kimin qızıdı? Elə hər gün anrı gedir, bəri gəlir.




Azz filankəsin qızıdı danaa, özdərinnən foks açırlar guya bunnar qız oxudur.
-Byy dertdəri azarları yoxdu dana,ağılsız adamdılar.

Bu sğzləri eşidəndən sonra mənə çox təsir etdi ki,axı mən dərsə gedirəm,axı mən gələcəyim üçün yollarda qalmışam nə olur olsun,soyuqda,istide,yağışda,küləkdə dərslərimdən qalmamag üçün yenə də dərsimə getmişəm bəs bunlar niyə bu cür düşünür?

1-2 gündən sonra söhbəti unutdum amma bir müddətdən sonra bundan daha ağır sözlər eşitdim.

1 gün Sadaxlıya müəllimlə iş arxasınca gedəcəkdim, mən əsas yola gedərkən müəllimim maşınla məni qarşıladı və onun başınınla getdik. Səhəri günü bir “kişi” kəndin mərkəzində belə söz işlədib, “Aye bax dana filankəsin qızını bir maşına minəndə gördüm, elə oxumaqdansa evdə otursa daha yaxşıdı”. Bu ifadələri başqasından eşidəndə çox pis oldum və hər şeydən əl çəkmək qərarına gəldim. Eşitdiklərimi atama danışdım və həmin gün kimlə hara getdiyimi dedim və o, mənə belə cavab verdi, “ mən sənə etibar edirəm. Xəyallarının arxasınca get, mən sənin arxandayam”.

Bir qız bundan başqa nə istəyər ki? Onun mənə olan inamını, etiabrını gördüm və oxumağa, təhsilə marağım ikiqat artdı. Sonralar düşərgəyə getdikdə yenə deyirdilər ki, qız getdi bir həftə qaldı, görəsən kimnən qaldı və.s bu tipli mənasız sözlər eşidirdim. Amma artıq bunlar mənə təsir etmirdi, çünki ailəm mənə inanırdı. Bir çox uğurum oldu. Bunun üçün ailəmə və müəllimlərimə minnətdaram. İşləyirəm, oxuyuram gəzirəm və görürəm. Amma sırf öz ayağımın üstündə dururam, uğur qazanıram deyə bəzi “ağıl dəryaları” mənə pis davranır. Bəli ətrafımda iki tip insan var.

Həqiqətən savadlı, dünya görüşlü və bununla yanaşı məni çox sevib, bacara biləcəyimi hiss etdirən insanlar.
Əli ətə çatmayan pişiklər kimi, özlərini ağıllı adlandırıb, mənlə prinsipə girənlər. Məni sevməyib hətta məndən nifrət edənlər.

Amma bilirsinizmi 2-ci tip insanlar məni daha çox xoşbəxt edir. Onlara üz vermirəm deyə əsəbdən partlayan insanları görmək mənə ləzzət edir. Mən onlar kimi camahatın yanında “Səma pisdi” demirəm. Əksinə öz işimdəyəm, uğurlar qazanıram və bu onlara yaxşı cavab olur. Onların var oluşları mənə stimuldur.
Print Email
FaceBook Twitter Google