Gürcü kimdir: Qia Nodiaya cavab
Təkrar biliyin anasıdır...Ona görə də təkrar
edib deyəcəm ki, müstəqilliyin əldə olunmasından 30 il sonra da
biz, ictiamiyyət olaraq formalaşa bilmədik ki, Gürcüstan/gürcü nə
deməkdir və bu fenomenin ayrılmaz hissəsi kimdir.
Daha
doğrusu kağızda gözəl sözlər yazmışıq ki, “biz Gürcüstan
vətəndaşları”, amma gündəlik narativ, mövcud olan sistem və
dominant mədəniyyət birgə, dar etik gürcü “təsviri cəmiyyətini”
yaradır və hamı fərqli cəmiyyəti təcrid etməyə başlayır.
Ultrasağların faşist qrupları tərəfindən etnik gürcü xalqı arasında
etno-milliyətçilik və şovinizmin uğurla yayımlanması və əsasının
qoyulması məhz bunun nəticəsidir. Bu formulaya əsasən hər hansı
bədbəxtliyin və ədalətsizliyin səbəbkarı sistemin başında duran
parazit elitalar deyil, məhz qeyri-provoslavlar, qeyri-gürcülər,
qeyri-xristianlardır.
Bütün dünyada sağlar qüvvəsinin gücləndirilməsi ilə yanaşı bəzi
ekspert və tənqidçilər deyə bilər ki, bu gün Gürcüstanda sağlar
qüvvəsinin gücləndirilməsi məntiqi hadisədir. Baxmayaraq ki, mən bu
prosesdə daha dərin problemlər və səbəblər görürəm.
Xronoloji olaraq davam etsək, Gürcüstan tarixinin ən milliyətçi və
azlıqlara qarşı aqressiv dövrü 80-ci illərin sonu 90-cı illərin
əvvəli olmalı idi. Ölkənin imperiyaya qarşı, müstəqillik üçün
mübarizə apardığı dövr. Xalqın bir konkret kimlik və şüar ətrafına
toplanması lazım olan dövr. Vətən, dil, dinin and yeri olduğu dövr.
Hamımız Qamsaxurdiyanın gürcü etnosunu yüksəldilməsi və
xüsusiləşdirməsi haqqında nəzəriyyəsini yaxşı xatırlayırıq. Ancaq
Qamsaxurdiyanın nəzərəiyyələrinə baxmayaraq, o zaman da yəqin ki,
heç kim hər hansı gənci yalnız və yalnız “başqa” kimi göründüyünə
və başqa dildə danışdığına görə ölümə layiq görməzdi.
Əsas sualı məhz bu mövqedən verməliyik: bu gün etnik gürcü xalqının
güclü olması üçün nə edək və faşist və milliyətçi düşüncələr
Qamsaxurdiyanın mitinqlərdə və manifestiyalarda birbaşa əhalini
buna doğru çağırdığı zamandan indi daha çox kök atıb?
Əlbəttə bu suala cavab vermək olduqca çətindir və çoxlu əmək,
tədqiqat tələb edir. Vacib faktorlar bunlardır: təhsil sistemi,
iqtisadi problemlər, sosial məsələlər. Amma təəccüblənirəm ki, bir
məsələ ilə bağlı bu günə qədər heç nə deyilməyib. Gəlin, bu gün
bundan danışaq və məqsədin kölgədə qalmış tərəfini işıqlandıraq və
onu doldurmağa çalışaq.
Nacionalizmin iki növü var, doğuşla (by soil) və qanla (by blood).
Gürcüstanda hər iki yanaşmanın tərəfdaşları var. Bir tərəf qərbi,
modernist, proqressivlər - Gürcüstanda mülki milliyətçiliyin
inkişafını dəstəkləyir, burada etnik olaraq sənin kim olduğunun
fərqi yoxdur (qanla). Əgər Gürcüstan vətəndaşısansa o zaman
avtomatik olaraq Gürcüstanın və gürcü xalqının ayrılmaz hissəsisən.
İkinci tərəf ənənəçilər, pro-gürcülər, “millilər” isə hesab edirlər
ki, dövlət bir konkret etnosun mədəni irsini, konkret dini, konkret
etnik qrupun nümayəndələrini yalnız ona görə üstün tutmalıdır ki,
onlar gürcüdürlər və çoxluq təşkil edirlər.
Bu iki fərqli mövqenin müəyyən paradoks olmaması təbiidir. Paradoks
isə ondadır ki, Konstitusiyada yazılmış modernist yanaşmalara
baxmayaraq real həyatda demək olar ki, hamı həmçinin, qərblilər,
modernistlər və proqressivlər də ənənəçilərin, pro-gürcülərin,
“millilərin” mövqeyindən düşünür və hərəkət edir.
Aydın məsələdir ki, bu məktubu oxumaq ən çox qərblilər,
modernistlər və proqressivlər üçün acınacaqlı olacaq. Çünki onlar
mənə qarşı çıxır və deyirlər ki, onlar səmimi qəlblə bütün
Gürcüstan vətəndaşıarının, Gürcüstan və gürcü xalqının ayrılmaz
hissəsi olduğuna inanırlar. Və bir halda ki, mənim əsas məqsədli
auditoriyam da onlardır, yəqin ki, konkret misal çəkməli olacam ki,
nə demək istədiyimi düzgün çatdırım, bizim qərbliləri,
modernistləri və proqressivləri daha çox əsəbləşdirməyim. Ona görə
də gəlin belə qərbçi, modernist və proqressiv professorun, mülki
fəal, və keçmiş siyasətçi Qia Nodianın gürcü millətçiliyi, dövləti
və Gürcüstanın gəlcəyi haqqındakı məqaləsini müzakirə edək.
Qia Nodia və onun məqaləsini iki səbəbə görə seçdim. Birinci, yəqin
heç kim mənimlə mübahisə aparmaz ki, Nodia olduqca liberal,
modernist və proqressiv düşüncəli adam və tədqiqatçıdır. Şəxsi
söhbət zamanı ondan soruşsaq ki, Gürcüstanın etnik azərbaycanlı,
erməni yaxud çeçen vətəndaşı kimdir o, düşünmədən (və yəqin ki,
müəyyən qədər düşünərək də) cavab verər ki, bu xalqlar Gürcüstanın
və gürcü xalqının ayrılmaz hissəsidir. Çünki onlar Gürcüstan
vətəndaşlarıdır. Onun səmimiliyinə nə mən nə başqası şübhə etməz.
İkincisi odur ki, onun məqaləsində əksini tapan və formalaşan
fikirlər bu abzasın birinci hissəsində qeyd olunan mövqeyə heç
uyğun gəmir. Beləliklə, Nodia öz məqaləsində nə deyir?
2009-cu ildə yazılan məqaləsində Qia Nodia Gürcüstan və gürcü
xalqının keçmişini, indisini və gələcəyini dörd əsas postulat
olaraq xülasələşdirir:
1) Gürcü xalqının inkişafı üçün dövlətçilik yeganə qəbul olunacaq
formadır.
2) Avropa və Qərb Gürcüstana nümunə model olan böyük ailə,
kimlikdir. Bu deməkdir ki, (a) Gürcüstan Avropa və Qərbin bir
hissəsi kimi müzakirə edilməlidir. (b) Gürcü dövlətçiliyinin
qurulması dövründə Qərb rəhbər çərçivədir.
3) Rusiya Gürcüstan üçün ən böyük təhlükədir və birbaşa yaxud saxta
yollarla Gürcüstanda qeyri-stabillik yaratmağa çalışır.
4) Gürcüstan tolerant ölkədir və etnik azlqılardan dövlətə qarşı
sadiq və loyal olmağı tələb edir. Nodia etnik azlıqları “daxili
başqalar” adlandırır və izah edir ki, Gürcüstan rus müdaxilələri
olmasa azlıqlar problemini həll edə bilər. O, etnik azlıqları
problem kimi xatırlayır və Gürcüstan hökumətinin onu “həll edə”
biləcəyini də qeyd edir.
Bu məqalədə Nodia şərhlərdən kənar çox terminlərdən istifadə edir.
İlk növbədə, o, gürcü milləti və ya inkişaf deyəndə nəyi nəzərdə
tutduğu haqda heç nə demir. Buna baxmayaraq məqalənin əsas
patosundan dolayı nəticə çıxara bilərik ki, o, gürcü milləti olaraq
etnik gürcüləri müzakirə edir. O. İlianın “vətən, dil, din”
sözlərinin analizinə böyük vaxt ayırır və eləcə də “gürcü geni”
haqqında xüsusi söhbət açır. Etnik azlıqları isə “daxili başqalar”
adlandırır. Nodianın fikrincə gürcü millətinin inkişafını etnik
gürcü mədəniyyətinin qorunub saxlanılması kimi başa düşə bilərik.
Nodia həmçinin, etnik azlıqların sadiqliyi və loyallığında nəyi
nəzərdə tutduğunu demir. Amma bu konkret məqalədə Nodianın gürcü
milləti olaraq yalnız etnik gürcüləri nəzərdə tutmasını nəzərə
alsaq , o zaman sadiqlikdə etnik azlıqların ölkə daxilində etnik
gürcü mədəniyyətinin dominantlığını etiraf etməsini nəzərdə tuta
bilər. Yekun olaraq Nodia eləcə də Gürcüstan hökumətlərinin etnik
azlıqlar “problemini həll” edə biləcəyini deyəndə nəyi nəzərdə
tutuduğunu qeyd etmir. Böyük yəqinliklə söhbət Abxaziya və Cənubi
Osetiya konfliktindən gedir ki, rus müdaxilələri və işğalı olmazsa,
Gürcüstan asan şəkildə bu konflikti həll edə bilərdi.
Bütün bu izah edilməyən terminlərdən əlavə məqalədə üç əsas boşluq
görə bilərik. İlk növbədə məqalə ölkə daxilində vahid kimliyin necə
formalaşa biləcəyi haqda heç nə demir. Mənim məktubuma Nodianın
cavabı belə ola bilər ki, o, məqalədə tarixi prosesləri izah
edəcəkdi. Baxmayaraq ki, onun postulatları gələcəyə istiqamətlənib.
Ancaq həmin gələcəkdə o, bir qərbçi, modernist və proqressiv şəxs
kimi vahid gürcü kimliyinin formalaşmasını necə gördüyünü izah
etməyə məcburdur. İkincisi aydındır ki, Nodia sadiqlik və
loyallıqdan danışanda yalnız Abxaziya və Cənubi Osetiya
hadisələrindən dolayı düşünür və yazır.
Mənim fikrimcə bu məqalədə o, ümumiyyətlə etnik azərbaycanlıları,
ermənilər və çeçenləri görmür. Çünki bu xalqlarla sadiqlik problemi
yoxdur. Daha artığı, Nodianın məqaləsindən həm də görsənir ki,
onlar Gürcüstana sadiqdirlər, amma əksəriyyət onları problem və
təhlükə kimi qəbul edir. Üçüncü və ən əsası o, proqressiv şəkildə
etnik azlıqlardan Gürcüstan hökumətinin həll edə biləcəyi problem
kimi danışması ilə etnik azlıqların obyektivləşdirilməsi
(Objectification) və demonizasiyasına təkan verir.
Qeyd olunan məqalənin tənqidini belə yekunlaşdıra bilərik: Məqalə
Gürcüstan fenomenini dar etnik çərçivəyə yerləşdirir və onu yalnız
etnik gürcülərə aparıb çıxarır. Məqalə ümumiyyətlə etnik azlıqları
görmür, yaxud görsə də onlar yalnız problem olaraq xatırlanırlar.
Məqalənin əsas patosu belədir ki, Gürcüstan (bu halda etnik
gürcülərin) hökumətləri xarici faktorlar olmasa bütün
“problemləri”, həmçinin “daxili başqaları” həll edə bilər.
Beləliklə, qərbçilərin, modernistlərin, proqressivlərin baxışını
ənənçilərin, gürcülərin, “millilərin” baxışından nə fərqləndirir?
Bu məqalədə əlbəttə, bərabərlik və vətəndaşlıq haqqında gözəl
şəkildə bəyan edilmiş sözlərdən başqa, xüsusi və birbaşa şəkildə
deyilən “Gürcüstan yalnız gürcülərindir” narativindən fərqli nə
var?
Bu məktubun məqsədi yuxarıda qeyd olunan iki qrup arasında
bərabərlik əlaməti qoymaq deyil. Mən hesab edirəm ki,
proqressivlik, modernistlik, qərbçilik düşərgəsində problemimiz
var. Məsələlərə dərindən baxsaq görərik ki, mövqe və real
hərəkətlər Nodianın ictimai şəkildə tanınan mövqelərinin onun
məqaləsindəki patosuna uyğun gəlmədiyi kimi, bir-birinə uyğun
gəlmir. Bunu bir tərəfdən ənənəçilər, gürcülər, “millilər” və digər
tərəfdən ən əsası etnik azlıqlar yaxşı hiss edir.
Nəticədə iki problem əldə edirik. İlk növbədə yüksək təzyiqli, amma
boş sözlər kimi qalan liberal elita, ictimaiyyətin geniş kütlələri
ilə əlaqə qura bilmir və şovinist və faşist ideologiyası olan
siyasi qüvvələr onlar arasında radikal etno-milliyətçiliyin
yayılmasını asan şəkildə həyata keçirir. İkinci, belə reallıqda
etnik azlıqlar yalnız bəyannamə və sağlıqlar səviyyəsində deyil,
azlıqları səmimi şəkildə Gürcüstan və gürcü millətinin ayrılmaz
hissəsi olaraq müzakirə edə biləcək həqiqi vasitəçini axtarmaqda
çox çətinlik çəkirlər.
Belə şərtlərlə yəqin ki, dayanmalıyıq və düşünməliyik ki, qapalı
dairəni nə aça bilərik. Ancaq bu haqda yəqin ki, növbəti məktubda
danışarıq.
Mənbə: emc.org.ge