Cəmiyyət qadına “səhvini” heçbir zaman unutdurmur - Şəlalə Əmircanova
Günəş 17 yaşında öz istəyi ilə ailə qurub. Sevərək evlənməsinə baxmayaraq ailə zorakılığının qurbanı olub və bir çox çətinliklərdən keçib. Bu gün Günəş Tbilisidə dövlət universitetlərindən birində təhsil alır və O, bunu keçdiyi yolu cəmiyyətin ona hər dəfə xatırlatmasına baxmayaraq bacarıb.

“Bu gün həyatım çox dəyişib, mən bir dəfə səhv etdim ancaq ayaqda qalmağı bacardım. Asan deyil ancaq bizim cəmiyyət bunu iki dəfə dahada çətin edir. Biz nəqədər o dövr bitdi desəkdə bir kəlimə deməkləri keçmişin izini xatırlatmağa yetərli olur”-deyir Günəş.

20 yaşlı Günəş məktəbi bitirdikdən sonra ailəsinin razılığı olmadan ancaq öz istəyi ilə sevdiyi şəxslə “qaçaraq” evlənib. Uzun zaman ailəsinin buna narazlığı olsada az yaşlı qız bu addımı atarkən düzgün olduğunu zənn edib. Kənd məktəbini seçilən şagirdlərində olan Günəş həmin zaman məktəbi yeni bitirib və dövlət qəbul imtahanında da iştirak edibmiş.

“O yaşda ailə quran zaman elə bilirsən ki, hər şey xəyal etdiyin kimi olacaq, ancaq elə olmur. Ailədə çətinliklər olur və hər nə olsada dözüb öhtəsindən gəlmək lazımdı. Mənim təhsilimi davam etdirmək istəyim ailə böyüklərinin etirazına səbəb olmuşdu. Hər zaman yanımda olacağını düşündüyüm yoldaşım təsəvvürümdə ki, kimi addımlar atmadı”-söyləyir Günəş.

Günəş danışır ki, ailədə ortaya çıxan bir çox maddi problemlər erkən yaşda ailə qurmağın düzgün addım olmadığını təstiqləyir. Bunün üstünə isə ailə zorakılığı baş verən zaman artıq bu prosses dözülməz hal alır. Özünün də söylədiyinə görə qaçaraq evləndiyi üçün ailəsinin başının aşağı etdiyini düşünürmüş, cəmiyyətin gözündə “ikinci səhv addımı” atıb boşanarsa növbəti qınağa məruz qalacağına əminimiş. Buna görədə ailə zorakılığına bir necə dəfə məruz qalsa da susub dözürmüş.

“Mən az yaşda ailə qurdum, bu gün görürəm ki, səhv imiş. Ancaq o yaşlarda bir uşağın nəyin doğru nəyin yalnış olduğunu seçməsi çox çətin olur. Mən öz seçimimin qurbanı oldum. Xoşbəxtəm ki, zorla evləndirilməmişəm əksinə səhv etməyimə baxmayaraq ailəm mənim hər bir çətinlikdə dəstəkçim olub. Onlar mənə dəstək olmasa bu gün deyil təhsilimi azad şəkildə davam etdirmək heç o zorakılığın içindən çıxa bilməzdim”
-deyir Günəş.

20 yaşlı Günəş bu gün təhsilini davam etdirir, çalışır və ayaqda güclü şəkildə durur. Əsas məqsədi təhsilini tamamlayıb öz istədiyi sahədə işlərinə davam etməsidir.

Müəllif - Şəlalə Əmircanova
Mənbə - Pəncərə
Print