Erkən evlilik- vaxtında diaqnozu qoyulmayan bir xəstəlikdir hansı ki, adət adlandırılır
Hər bir cəmiyyətdə olduğu kimi , bizim yaşadığmız toplumda da problemlər mövcuddur . Bu qaçınılmaz hadisədir. Ancaq təəssüflər olsun ku, bizim toplumda problemi həll etmək üçün hərəkətə keçmək çoxluq tərəfindən qaçılınan hadisə idi son beş - on ilə qədər.

Müəliff -Gülgün Məmmətxanova, Pəncərə

Məhz bu gecikmə səbəb oldu ku, bu gün azərbaycanlılar deyiləndə “erkən evllilik“ gəlir ilk ağıla. Halbuki bu problem əgər obyektiv nəzər yetirsək bütün Qafqaz xalqlarında mövcud idi . Ancaq onlar bu problemi dərk etdilər və aşmaq üçün zamanında hərəkətə başladılar. Bizdə isə zamanında dəf edilmək yerinə , darbazaya qırmızı lent bağlanmağa davam edildi və buna “ adət-ənənə “adı verdik. Əslində ən böyük səhf isə bu problemim “adət-ənənə” kimi alğılanmasıdır .Ən düzgün forma isə zənnimcə cəmiyyətdə mövcud olan bir növ xəstəlik olmalı idi.

Xəstəlik, hansıkı zamanın da düzgün diaqnostikası tapılmadı və sonradan ona “ adət-ənənə” adı yapışdırıldı. Tarixə fikir versək , 1918-ci ildə Gürcüstanda , Tbilisi qəzasına demokratik yolla seçilmiş deputatlardan biri azəri-gürcüsü ( Gürcüstan azərbyacanlısı) olan qadın Pərixanım Sofiyeva idi. Təsəvvür edilməsi çətindir, 1918-ci ildir və bizdən olan bir qadın öz yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasını məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə daxil olur ,ancağ biz bu gün erkən evliliyin , qadına şiddətin qarşısını almağ üçün “ pələsənk olmuşuq” , “erkən evliliyə son“ şüarı altında öz gənclik enerjimizi dibinə qədər “ yıxıb-sürüyürük”. Halbuku bu enerjiyi insanlıq üçün faydalı şeylərə sərf edə bilərdik. Ancaq düşünürəm ki, yenədə xoşbəxt olunması gərəkən haldır. Necəki qeyd etdim, son beş-on il əvvəl cəmiyyətdə bir qığılcım oldu və bu qığılcımın nəticəsində problemlərə göz yummayan “gənc həkimlər “ meydana çıxdılar.

Son nöqtə, 2019-cu ildə cəmiyyəti müalicə edən bu “ həkimlər “ güclü bir yumruğa dönüşdülər. Elə bir yumruğa kı, əminəm “onlar” qorxacaqlar. Çünkü “onlara” elə bir zərbə vurulacaq kı, yenidən “dirilmək “ üçün mütləq “öləcəklər”. Bu yumruğun formalaşması əgər diqqət yetirsək, gənclər üçün mənəvi cəhətdən əsil işgəncə oldu. Biz “üz qaramız” olan problemizdən dolayı utansaqda , susmadığ .

Öz istəyimizlə ictimatiyyətə səs saldıq , cəmiyyətmizdə mövcud olan qadına qarşı şiddəti səsli qınadığ , gürcüstanda mövcud olan müxtəlif mediaları üçün reportajlar verdik , o reportajların “ Gürcüstanda yaşayan etnik -azərbyacanlılar arasında adət-ənənə olan erkən evlilik hələdə əsas problem olaraq qalır” başlığı bizim ürəyimizə “ qan dağlasada “ yenədə utanmadıq, dilə gətirdik. Nəticədə alındı. Məhz bu ictimailəşdirmə nəticəsində gənclərin içindən hərəsi bir tərəfə səpələnmiş “ gənc həkimlər “ bir-birlərini tapdılar və böyük bir güc ətrafında birləşdilər. Onlar hələlik tək bir, balaca binası olan “xəstəxana” yaratdılar. Düşünürəm ki, ilkin məqsədmizə çatdıq və artıq ikincı addımı atmağın vaxtı gəlib catıb. Bu “ xəstəxanın” gənc həkimləri əlləri bıçaqlı mövcud olan baxış açısını elə bir kəsib -doğruyacağlar kı, elə bir şiddət, vəhşilik eliyəcəklər ki , “onlar” üçün qorxulu bir filmdən fərqi olmuyacaq. Buradada ən gözəl məqam bu səfər biz olacağıq “qatil” , “ onlar “ yox. Biz atamızın , anamızın , nənəmizin , babamızın, bir bacının , bir qardaşın “ qatili “ olacağıq, əgər onlar “ onlara” daxildirsə. Bax bu ikinci addım sayıla bilər və bu “ qətliamın “ sonunda cəmiyyət diriləcək . O zaman artıq “sus “ və “ öldür”!




Qızlar, siz tək deyilsiniz! – “Salam” platformasının yeni müraciəti

“Salam” – etnik azərbaycanlılara qarşı formalaşmış təsəvvürləri dəyişmək üçün platforma

“Salam biz gəldik!”- Gürcüstan Azərbaycanlı gəncləri


Print