Bu gün, 26 may Gürcüstanın müstəqilliyi günüdür. Bu gün həmin böyük
gündür ki, sahib olduğumuz bir çox dəyərləri əldə etmişik.
Azadlıq asan əldə edilmir. Böyük tarixi yazan, qəhrəmanlar var . O,
böyük şəxsiyyətlərdən biri də məhz bizlərdən biridir.
“Demokratik yolla seçilmiş ilk müsəlman qadın” olaraq dünya
tarixinə düşən PƏRİ XANIM SOFİYEVA.
Böyük xalqlın övladları da böyük olur. Gürcüstan Rus imperiyasına
baş qaldırıb öz müstəqilliyini elan edərkən, bizim xalq bəzi xırda
xalqlar kimi separatçılıq yolu tutmadı. Biz bir xalq olaraq GÜRCÜ
XALQININ yanında durduq. Bunun ən bariz nümunəsi də, böyük türk
qızı PƏRİ XANIMIN Birinci Gürcüstan Parlamentinə millət vəkili
seçilməsidir. Eşq olsun Pəri xanıma, onun seçdiyi düzgün yola.
Məncə, ilk çadrasını açan deyil, ilk gözəllik yarışına çıxan
müsəlman qadın deyil, başında örpəyi ilə imperializmə baş qaldıran,
müstəqilliyə dəstək verən, seçmə və seçilmə hüququnu müsəlman
qadınına yaşadan ilk qadın PƏRİ XANIMDIR.
MÜSƏLMAN-TÜRK QADINININ RƏMZİ!
Eşq olsun Müstəqil Gürcüstana!
Eşq olsun “kövrək” demokratiyasında belə müsəlman qadının
seçilməsinə fürsət verən BİRİNCİ GÜRCÜSTAN RESPUBLİKASINA!
Eşq olsun müstəqillik uğrunda mübarizə aparan vətən
övladlarına!
Eşq olsun PƏRİ XANIMA!
Eşq olsun Azadılıq eşqi ilə daha Güclü Gürcüstan uğrunda mübarizə
aparanlara.
Müəllif: Xəlil Nuri