“Məhv olmuş xəyallarım” – erkən yaşda qaçırılmış qızın səsli, lakin anonim fikri

 

Mətn “Pəncərə” platformasının “Facebook” səhifəsindən götürülüb/ müəllif: anonim


"Mənim 16 yaşım var, xəyalları məhv olmuş biriyəm. Həyatımı qaraltdılar mənim, heç kəs deyil bunu mənə öz ailəm etdi!

Mən gələcəyim haqda düşüncələr düşünərdim, tez bir zamanda böyüyüb qurduğum xəyalları yaşamaq istəyirdim, gələcəyimin gözəl və parlaq olacağına inanırdım.

Oxumagı çox sevirdim amma şərtlar buna icazə vermədi, ailəmin basqısı ilə 11 yaşımda məkdəbdən çıxarıldım və o an başa düşdüm ki, həyat biz qız övladların istədiyi kimi olmur!

Və 14 yaşıma gəldim, ailəm məni nişanlandırmaq qərarına gəldi, nə qədər cəhd etsəmdə onlara qarşı gələ bilmədim... Onlar bildikləri halda ki, məni verdiklərinə mən yar olmayacağam! Yenede məni qurban etdilər, məni zorla qacırdılar. Bəli ailəm çox xoşbəxt idilər cünki istədiklərini əldə etdilər, bunu bacara bilməsəydilər ayıb olardı axı camaahata. Yad insanlar pis baxmasınlar deyə siz öz övladınızın həyatını bitirdiniz!

Çətin də olsa mən bunu bacardım, ailəm mənə bunu etsədə, mən yenə onların yanına qayıtdım, yar olmadım ona, ola bilmədim! Beləliklə ailəm mənim həyatımı bitmiş oldu, içimdəki o gözəl saf və təmiz qızı öldürdülər! Ey insanlar duyun səsimi qızlarınızı oxudun! İcazə verin dünya görüşləri olsun peşə sahibi olsunlar! Onların xəyallarını puç etməyin! Həyatlarını qaraltmayın! İcazə verin gözlərini acıb həyata baxsınlar! Zorla evləndirib həyatlarını məhv etməyin!"


 

Print