"Qələbə və qadın üzü" - Şənhəyat Sadığovanın səsli fikri
Əzəldən bugünə kimi müharibələrdə qadın obrazı böyük simvol olub önəmli məna daşıyıb.
Bir çox xalqın ədəbiyatında, folklorunda, ithaf olunmuş şeirlərində torpaq qadın-ana obrazı ilə eyniləşdirilir (torpaq-ana, ana-vətən deyilir).

Bir çox yazıçı vətən haqqında yazanda onun təsvirini yaşıl çəmən üzərində qaçan azyaşlı qız uşağının gülməyi ilə, qəhqəsi ilə verir.

Şəhid köynəyinin cibindən həyat yoldaşının, uşagının şəklinin tapılmasını da çox görmüşük. Səngərdə duran hər döyüşçünün ürəyində ona mənəvi güc verən qadını var.

Torpağın qadın obrazına bürünməsinin də özünəməxsus mənası və səbəbi var. Vətənin fəryadı sinəyə dağ çəkib oğlanı igid-ər edən qadın səsi var.

Tarixə göz gəzdirsək torpağı işğal etmiş düşmənlərin yerli qadınlara, qızlara “toxunduğunu” görərik. Kərbəla müsibətində Hüseyni öldürüb, Zeynəbin başından hicabını açıb özünü də əsir götürüblər. Bir xalqın namusuna, qeyrətinə toxunaraq xalqa ikiqat zərbə endirib ruhən sındırıblar.

Gürcüstanda Azerbaycana dəstək aksiyası keçirib Şuşanın azad olunmağını qeyd etdilər, bugün isə Qarabağın, xalqın zəfərini qeyd edirdilər. Diqqət çəkən məqam isə o oldu ki, bu yığıncaqlarda qadınlar, qız uşaqları yox idi.

Dəstək aksiyalarında, qələbəni qeyd etmək mərasimlərində qadınların, qız uşaqlarının olmağı, şəhid analarına, dul qalmış gəlinlərə, atadan məhrum edilmiş uşaqlara hörmət və minnət bildirmək demək olardı.


Qələbəni qeyd edəndə qız uşaqlarınızı çiyinlərinizə qaldırın. Çünki qələbənin qadın üzü var.Qələbə insanlar arasında həmişə ananın sevinc göz yaşlarıyla, həyat yoldaşının təbəssümüylə, qız uşağının atasının qucağına qaçmağıyla yansılanıb.

Müəllif: Şəhəyat Sadığova
Print Email
FaceBook Twitter Google