"Məktəblərdə cinsi təhsilin əhəmiyyəti" – Samirə Bayramovanın səsli fikri
Biz məktəbdə oxuyanda İnsan fənni keçirdik və orada insan orqanları haqqında məlumat verildiyi hissəni müəllim bizə keçmirdi "Lazım deyil".

Ümumiyyətlə bu haqda uşaqlar hardan necə məlumat almalıdır?

Gəlin etiraf edək ki, valideyinlərimiz bunun barəsində bizlə danışmır məlumat vermir, çünki sadəcə beyinlərdə "cinsi" sözü gələndə kişi və qadın münasibəti formalaşır.

Cinsi təhsil kişi və qadın münasibəti deyil, nə də uşaqları cinsi münasibətlərə təşviq etmək deyil. Əgər onların bu haqqda məlumatı olsa bu onlar üçün daha əhəmiyyətli olar, gigiyena, erkən nigahın fəsadları, erkən münasibətin uşağa təsiri kimi suallara onlar məktəbdə cavab tapa bilər və bunun nə olduğuna bilərdi.

Bu gün 14 yaşlı qız həqiqətən bilmir ki, erkən nigah sabah onda nə kimi sağlamlıq problemi yaradacaq, onun səhətində daha hansı problemləri yaradacaq, onun fizioloji və psixoloji inkişafına nə kimi təsir edəcək.

İndi texnologiya zamanıdır və onlar bu kimi məlumatları internet vasitəsilə onsuzda axtarırlar və ola bilsin ki, orada onlar düzgün məlumat ala bilmirlər, olmazmı ki, məktəbdə onlar müəllimdən bu haqqda daha geniş məlumat alsın?

Bu gün statistikaya baxsaq görərik ki, boşanmaların əksəriyyəti erkən yaşda evlənən qızların payına düşür.

Səbəblər:

*Uşaq dünyaya gətirə bilmirdi (uşağı olmurdu);
*Dəfələrlə yarıçmçıq hamiləlik baş vermişdi;

* Birinci uşağı qız uşağı idi və sonra həkimlər onun uşaq dünyaya gətirə bilməyəcəyini qeyd etdi;
*Ərini sevmirdi, qısqanclıq vardı, başqası ilə danışırdı.

Əslində bütün bunların heç birində o uşağın günahı yoxdur!



Müəllif: Samira Bayramova
Print Email
FaceBook Twitter Google