Uzun illərdir ki, Gürcüstanda bu ölkənin etnik azlıqlarını Gürcüstanın tam vətəndaşı kimi hiss etdirən inteqrasiya siyasəti həyata keçirilməyib – Samirə Bayramova
Gürcüstan etnik rəngarəngliyi ilə seçilir və bu bizim ölkəmizin zənginliyidir.

Uzun illərdir ki, Gürcüstanda bu ölkənin etnik azlıqlarını Gürcüstanın tam vətəndaşı kimi hiss etdirən inteqrasiya siyasəti həyata keçirilməyib. Gürcüstanda yaşayan müxtəlif etnik azlıqların nümayəndələri Gürcüstanı öz vətənləri hesab edirlər, lakin ölkənin siyasi və ya mədəni həyatında iştirakı demək olar ki, görünmür.

Hesab edirəm ki, xalqları biri birinə bağlayan və yaxınlaşdıran onların mədəniyyətidir. Bu birliyi qeyd etmək üçün mükəmməl nümunə UNESCO-ya qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramıdır. Gürcüstanda Novruzun qeyd edilməsi ənənəsi əsrlərdən başlayır. Bunu parlaq gürcü poeması “Pələng dərisi deyinmiş pəhləvan” sübut edir. Novruzun milli bayram elan edilməsi Gürcüstanda yaşayan müxtəlif etnik qrupların dostluğunun möhkəmlənməsində, mədəni və sosial əlaqələrin güclənməsində mühüm rol oynayacaqdır. Dövlət tərəfindən bu qərarın verilməsi ölkəmizin çoxmədəniyyətli keçmişinin və bu gününün tanınmasına və gələcəkdə gücləndirilməsinə yönəlmiş mühüm bir siyasi mesaj olacaqdır.

Bütün bunlardan irəli gələrək, Novruz Bayramın etnikləşdirmə doğru deyil, bu bayram 12-ci əsrdən xalq bayramı kimi qeyd olunur. Bunun ən yaxşı nümunəsi illərdir Marneulidə qeyd olun bayram və onun rəngarəngliyidir. Məqsəd bu rəngarəngliyin qanunda və ölkə səviyyəsində öz əksinin tapılmasıdır. Məsələyə etnik prizmadan yanaşmaq və bunu diskriminativ adlandırmaq tamamilə yalnışdır.

Dünənki müzakirələr daha çox etniklərin əsas milli platformadan necə uzaq olmasını və ümumi dövlətçilik prizmasına yaxın qoyulmamasını bir daha aydın şəkildə göstərdi. Məsələyə Gürcüstan vətəndaşlığı və vəhdət baxımından yanaşılmalıdır. 

Müəllif: Samirə Bayramova
Print