Düz 113 il əvvəl, 1909-cu ildə yazılmış bir pyes var,
tragikomediyadır. Həyatda həqiqətən baş vermiş hadisələr
bədiiləşdirilərək qələmə alınıb. Müəllifi Molla Nəsrəddin
jurnalının naşiri Cəlil Məmmədquluzadədir.
Əsərdə Şeyx Nəsrullah adlı ruhaninin, günümüz dilində desək
mollanın gəlib camaatın başına torba tikməyi əks olunur. İddia edir
ki ölüləri dirildir və sairə. Yerli camaat mollanı müqəddəs hesab
edir, gətirib azyaşlı qızlarını ona ərə verirlər. Əlqərəz, az sonra
bu molla aradan cırır, bütün qızlar qalır ortada. Camaat elə təzəcə
qımıldayanda başqa uzaq kəndlərdən qonaqlar gəlirlər, hamısının da
yanında qızları ki bəs Şeyx Nəsruılah bizim qızlarımızı da atıb
qaçıb.
Əsərin adı “Ölülər”dir. Bu və digər əsərlərin motivləri əsasında
“Qəm Pəncərəsi” filmi də çəkilib. 2020-ci ildə Batumidə səfərdə
olanda 20-ci əsrin əvvəllərində əsərin gürcü dilinə tərcüməsini
aşkar etdim, dostlarla birlikdə onu yenidən yığıb çapa hazırladıq.
Arada çap işinə görə bir az yubandıq, çünki layihəyə daxil
etdik.
Yaxın zamanlarda çap olunacaq, sizinlə paylaşacağıq. Məncə, əsəri
nə dilində olur olsun, mütləq oxumaq lazımdır. Oxumaq və düşünmək,
əsərdə yazılanları həzm eləmək lazımdır.
Müəllif: Elnur Əlisoy