Gürcüstan Prokurorluğu “qanuni oğruluq”, “oğru aləmi” üzvlüyü,
“oğru aləmi” fəaliyyətinin dəstəklənməsi
və “qanuni oğruya” müraciət faktları üzrə 43 nəfərə ittiham irəli
sürüb.
Daxili İşlər Nazirliyində aparılan istintaq zamanı müəyyən edilib
ki, “oğru aləmi” üzvləri, dəstəkçilərlə birlikdə, həm xaricdə olan
“qanuni oğruların” göstərişi ilə, həm də müstəqil şəkildə,
tərəflərin müraciətinə əsasən sistemli şəkildə “oğru
qarşıdurmaları” təşkil edib, tərəflər
arasındakı maliyyə
mübahisələrini həll ediblər və vətəndaşlardan pul tələb
ediblər.
İstintaq zamanı həmçinin məlum olub ki, “qanuni oğru” “oğru aləmi”
üzvlərinə göstəriş verib ki, dəstəkçiləri vasitəsilə bir həbsxanada
saxlanılan şəxsə qarşı “oğru qərarı” icra etsinlər, yəni ona qarşı
cəzalandırıcı tədbirlər görülsün.
Daxili İşlər Nazirliyində aparılan istintaq zamanı müəyyən edilib
ki, xüsusi əməliyyat zamanı polisə atəş açan və öldürülən “oğru
aləmi” dəstəkçisi Mirzə Əliyev, “oğru aləmində” ödəniləcək borcun
azaldılması məqsədilə “oğru aləmi” üzvlərinə və kriminal
avtoritetlərə müraciət edib. Müzakirələr və qarşıdurmalar “oğru
aləmi” üzvlərinin iştirakı ilə keçirilib. Həmin dövrdə Mirzə Əliyev
həbsxanada saxlanılan bir kriminal avtoritetə maliyyə dəstəyi
göstərib. Oğru qarşıdurması yolu ilə əldə edilən razılaşmaya
əsasən, Mirzə Əliyev “oğru aləmi” üzvlərinə cəmi 6 000 ABŞ dolları
verib.
İttiham olunanlardan 34 nəfər polis əməliyyatları nəticəsində həbs
edilib, 6 nəfərə ittiham çatdırılmayıb, 3 nəfərə isə həbsxanada
ittiham təqdim olunub.
Bütün ittiham olunanlara qarşı oğru aləmi üzvlüyü, “qanuni
oğurluq”, “oğru aləmi” fəaliyyətinin dəstəklənməsi, “qanuni oğruya”
və “oğru aləmi” üzvünə müraciət, həmçinin qanunsuz silah əldə etmə
və saxlama faktları üzrə ittiham irəli sürülüb. Bu maddələr 15 ilə
qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokuraturanın təqdimatı əsasında bəzi ittiham olunanlara
həbs-qətimkan tədbiri kimi həbs, bir nəfərə isə, istintaqla
əməkdaşlıq etdiyi üçün, 3 000 lari məbləğində girov təyin edilib.
Digər ittiham olunanların həbs-qətimkan tədbiri məsələsinə məhkəmə
qanunvericilikdə müəyyən edilmiş müddətdə baxacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.