Gürcüstan Prokurorluğu qrup zorakılığına görə həbs olunan dörd
nəfəri, həmçinin qrup zorakılığına iştirak
və qanunsuz silah saxlama faktı üzrə həbs olunan bir nəfəri ittiham
edib.
İstintaq zamanı müəyyən edilib ki, 2 noyabr 2025-ci il tarixində,
Tbilisidə bir mağazada, Manana Qiorgobiani mağaza əməkdaşlarından
pul dəyişməyi tələb edib. Rədd cavabı aldıqdan sonra o, aqressiv
davranaraq zərərçəkənlərə sözlü, həmçinin
bir nəfərə fiziki təzyiq
göstərib və onları fiziki hesablaşma ilə hədələyib.
Mağazadan çıxandan sonra Manana Qiorgobiani qrup zorakılığına
təşkilatçılıq edib. O, zərərçəkənlərə qarşı fiziki hesablaşma
məqsədilə hadisə yerinə beş şəxsi gətirib, onlar qrup halında
fiziki zorakılıq tətbiq edərək zərərçəkənlərə xəsarət yetiriblər və
sonra hadisə yerindən qaçıblar.
Eyni zamanda, qrup zorakılığına iştirak edən şəxslərdən biri
qanunsuz olaraq iki “Kalaşnikov” tipli avtomat silahı və 110 ədəd
döyüş sursatını evinin zirzəmisində saxlayıb. Hüquq-mühafizə
orqanları bu silahları və sursatları 5 noyabr 2025-ci il tarixində
axtarış zamanı aşkar ediblər.
Həbs olunanlardan birinə Gürcüstan Cinayət Məcəlləsinin 225-ci
maddəsinin II hissəsi və 236-cı maddənin III hissəsi, dörd nəfərə
isə yalnız 225-ci maddənin II hissəsi üzrə ittiham irəli sürülüb.
Bu maddələr qrup zorakılığına iştirak və silahın qanunsuz
saxlanması ilə bağlıdır və cəza müddəti 6 ilə qədər azadlıqdan
məhrum etməni nəzərdə tutur.
Prokuratura, ittiham olunanlar üçün həbs-qətimkan tədbiri olaraq
həbs tətbiq edilməsi məqsədilə məhkəməyə qanunvericilikdə müəyyən
edilmiş müddət ərzində müraciət edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.