Gürcüstan Prokuraturası Poti bələdiyyəsinin keçmiş əməkdaşını peşə
vəzifəsindən sui-istifadə edərək böyük məbləğdə vəsaitin qanunsuz
mənimsənilməsi faktına görə ittiham edib.
Gürcüstan Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə
Departamentində aparılan istintaq Dövlət Audit Xidmətinin müraciəti
əsasında başlayıb. İstintaq zamanı müəyyən edilib ki,
təqsirləndirilən şəxs 2019–2024-cü illərdə Poti bələdiyyəsinin
maliyyə-büdcə və satınalmalar şöbəsinin mühasibat uçotu bölməsinin
rəhbəri vəzifəsində işləyərkən, peşə səlahiyyətlərindən
sui-istifadə
edərək özünə və yaxınlarına aid bank hesablarına
vəzifə ödənişlərini, ezamiyyət və digər təyinatları artıq köçürərək
qanunsuz şəkildə mənimsəyib. Nəticədə Poti bələdiyyəsinə 157 906
larilik böyük maddi zərər dəyib.
Təqsirləndirilən şəxs Gürcüstan Cinayət Məcəlləsinin 182-ci
maddəsinin II hissəsinin “d” və III hissəsinin “b” bəndləri üzrə
ittiham olunur. Bu maddələr peşə vəzifəsindən istifadə etməklə
böyük məbləğdə vəsaitin qanunsuz mənimsənilməsini nəzərdə tutur və
11 ilədək azadlıqdan məhrumetmə cəzasını ehtiva edir.
Prokuraturanın müraciəti əsasında məhkəmə təqsirləndirilən şəxs
üçün həbs-qətimkan tədbiri olaraq girov tətbiq edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.