Noyabrın 6-da İsrail ordusu Livanın cənubuna ağır hava zərbələri
endirib.
Bundan öncə isə bir neçə məkanda əhalini evakuasiyaya çağırıb.
Təl-Əviv Livanın "Hizbullah" silahlı qruplaşmasının həmin yerlərdə
hərbi gücünü bərqərar etməyə çalışdığını bildirir.
Bir il öncə əldə olunan atəşkəs razılaşması isə İsraillə İranın
dəstəklədiyi "Hizbullah" arasında bir ildən çox çəkən döyüşləri
dayandırmağı hədəfləyirdi.
Livanın səhiyyə nazirliyi zərbələrdən
bir nəfərin yaralandığını,
bir nəfərin həlak olduğunu bildirib.
İsrail ordusu X platformasında eyni vaxtda üç təxliyə göstərişi
verib. Sakinlərə göstərilən məkanlardan 500 metr aralanmaq əmr
olunub.
Livanla İsrail arasında yenidən havadan bombalama kampaniyasının
başlayacağı sarıdan qorxular artıb. İsrail liderləri xəbərdarlıq
ediblər ki, Livan "Hizbullah"ın silahsızlaşdırılması üçün səyləri
artırmasa, bu qruplaşmaya qarşı tədbirlər görəcək.
"Hizbullah" isə atəşkəsə sadiq qaldığını bildirir, amma tam
tərksilahdan imtina edir.
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri İsrailin zərbələrinin
Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu bildirib, İsraili
hücumları dayandırmağa çağırıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.