'Gunvor' 'Lukoil'un aktivlərini almaqdan vaz keçdi
İsveçrənin "Gunvor" neft treyderi noyabrın 6-da bildirib ki, Rusiyanın "Lukoil" neft şirkətinin xarici aktivlərini almaq təklifini geri götürür. Bu açıqlama ABŞ Maliyyə Nazirliyinin şirkəti Rusiyanın "kuklası" adlandırmasından sonra verilib. Bu, Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarx Gennadi Timçenkonun nəzarəti altında olan "Gunvor"un ən böyük alqı-satqısı olacaqdı.

ABŞ Maliyyə Nazirliyi X platformasında prezident Donald Trampın müharibəni dərhal sonlandırmağın
gərəkdiyini açıq bildirdiyini yazıb: "(Rusiya Prezidenti Vladimir) Putin mənasız qətllərini davam etdirərsə, Kremlin kuklası "Gunvor"a heç vaxt işləmək və mənfəət əldə etmək üçün lisenziya verilməyəcək".

Şirkətin korporativ əlaqələr üzrə direktoru Set Pyetras nazirliyin açıqlamasını "tamamilə yanlış və saxta" adlandırıb.

"Bu arada, "Gunvor" "Lukoil"un beynəlxalq aktivləri ilə bağlı təklifini geri götürür", – Pyetras deyib.

ABŞ oktyabrda "Lukoil"a sanksiyalar tətbiq edib. Məqsəd Rusiyanın müharibəyə xərclədiyi gəlirləri azaltmaqdır. Bundan sonra "Lukoil" "Gunvor"un xarici aktivlərini almaq təklifini qəbul etdiyini bildirib. Aktivlərə Avropada neft emalı zavodları, Qazaxıstan, Özbəkistan, İraq və Meksikadakı neft yataqlarında paylar, dünya üzrə yüzlərlə pərakəndə yanacaqdoldurma stansiyası daxildir.

"Reuters" noyabrın 6-da "Lukoil"un Qərbin sanksiyalarından yayınmaq üçün Bakıdakı neft tankerini Mahaçqalaya yolladığını yazır.

30 oktyabr
Putinin dostunun şirkəti 'Lukoil'un xarici aktivlərini alacaq

"Gunvor" neft ticarəti şirkəti Qərbin sanksiyaları altında olan "Lukoil"un xarici aktivlərini almağı təklif edib. Bu şirkət Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarx Gennadi Timçenkonun nəzarəti altındadır.

"Lukoil" təklifi qəbul edib və "Gunvor"dan başqa digər potensial alıcılarla danışıqlar aparmamaq öhdəliyi götürüb. Bunu TASS iki şirkət arasındakı danışıqlara yaxın mənbələrlə istinadla xəbər verib. "Lukoil" aktivlərinin "Gunvor"a satılacağını təsdiqləyib.

Satış Avstriyada qeydiyyatdan keçmiş "Lukoil International GmbH" şirkətinin 100 faiz səhmlərini əhatələyəcək. Bu ay ABŞ Maliyyə Nazirliyi "Lukoil" və "Rosneft" daxil Rusiyanın ən böyük neft şirkətlərinə sanksiyaları açıqlayıb. Nazirlik bunu "Rusiyanın Ukraynada müharibəyə son qoymaq üçün sülh prosesinə ciddi yanaşmaması" ilə əsaslandırıb.

Sanksiyalar "Lukoil" və "Rosneft"in törəmə müəssisələrinə də aiddir. Buraya yanacaqdoldurma şəbəkələri, geoloji kəşfiyyat, neft və qaz hasilatı, yataqların idarə edilməsi və logistika ilə məşğul olan şirkətlər daxildir.

"Gunvor" şirkətini 1997-ci ildə G.Timçenko və neft treyderi Turbyorn Törnkvist yaradıb. Şirkət neft və neft məhsulları ilə ticarət edir, 2007-ci ildən Rusiyada, xaricdə aktivlər alaraq enerji-logistika holdinqi formalaşdırır. Şirkətə Novorossiysk mazut terminalı, Xəzərdəki "Laqan" yataqları bloku, Türkiyə, Panama və Avropada aktivlər, Belçika və Almaniyada neftayırma zavodları məxsusdur.

Vladimir Putin və Gennadi Timçenko

2014-cü ilin martınadək "Gunvor Group"un 44 faizi Timçenkoya, digər 44 faizi Törnkvistə məxsus olub. Həmin il Ukraynanın Krım vilayətinin ilhaqından sonra sanksiyalardan ehtiyatlanan Timçenko payını Törnkvistə satıb, amma şirkət üzərində nəzarəti faktiki saxlayıb.

Araşdırmalar üzə çıxarıb ki, Timçenko Qərbin Rusiya neftinə sanksiyalarından sonra Rusiya neftinin (o cümlədən "Rosneft"in) satışı üçün treyderlərin tapılması ilə məşğuldur. Onunla əlaqəli şəxslər Rusiya limanlarında "kölgə donanması" adlandırılan Rusiya tankerlərinin yarısından çoxuna xidmət göstərib. Bu haqda "Vajnıye istorii" yazır.

Timçenkonun Rusiya və Finlandiya vətəndaşlığı da var. "Current Time" yazır ki, o, Putinə yaxın olmasına baxmayaraq, qeyri-rəsmi vasitəçilərin hesabına Qərb sanksiyalarından yayına bilib. ABŞ Maliyyə Nazirliyi Putinin "Gunvor" biznesində pay sahibi olduğunu bəyan edib. Belə ki, şirkətin keçmiş sahiblərindən biri Putinin uşaqlıq dostu Pyotr Kolbin olub.

"Forbes" Timçenkonu Rusiyanın altıncı milyarderi olduğunu yazır. Onun "Gunvor"dan əlavə, "Novatek", "Stroytransqaz", "Transoyl" və "Sibur" şirkətlərində də payları var. Putinə yaxınlığını göstərən daha bir fakt: Timçenkonun strukturları "Baltika" pivə şirkətinin alınmasını maliyyələşdirib və Putinlə Alina Kabayevanın övladları - Vladimir və İvanın şəxsi müəllimlərinin maaşlarını ödəyib. Bu faktı Aleksey Navalnının araşdırma qrupu üzə çıxarıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google