Həbsdə olan sabiq prezident Mixeil Saakaşvili prokurorluğun ona
və daha 7 müxalifətçiyə qarşı irəli sürdüyü yeni ittihama —
“sabotaj”, “düşmən dövlətə kömək” və
“hakimiyyətin devrilməsinə çağırış” — münasibət bildirib və Bidzina
İvanişvili ilə bağlı bəyanat yayıb.
6 noyabrda yayımladığı yazıda Saakaşvili məktubunu “İvanişvilinin
köpəkbalığına” ünvanlayıb — o, 2014-cü ildə demişdi ki,
İvanişvilinin Tbilisidəki “Sololaki” biznes mərkəzində
1,5 metrlik
ekzotik köpəkbalıqları var.
“Hörmətli Sololaki köpəkbalığı, yəqin ki, sənin
şikayətin əsasında sənin sahibi mənim faktiki olaraq ömürlük
həbsimə daha üç il əlavə edir. Mən isə səni həmişə əsl köpəkbalığı
kimi bilirdim və başa düşə bilmirəm, niyə səninlə selfi çəkmək
təklifim səni bu qədər qıcıqlandırdı,” –Saakaşvili
yazıb.
“Əslində, mən sadəcə sənin populyarlığını artırmaq
istəmişdim. Amma incimirəm, çünki bilirəm ki, sən də mənim kimi
azadlıqdan məhrumsan. Ona görə sənə söz verirəm: ölkəni azad edəndə
səni də o akvariumdan çıxarıb Atlantik okeanına qaytaracağam. Bir
az da döz, mənim köpəkbalığım. Bizim selfi vaxtımız çox yaxında
gələcək. Sənin Mişan.”
Saakaşvilinin “sabotaj” ittihamına Vahid Milli Hərəkatın üzvü
Qiorqi Çaladze də münasibət bildirib və bu işi “Köpəkbalığı işi”
adlandırıb.
Oktyabrın 24-də Saakaşvili klinikada “4 oktyabr sülh yolu ilə
devrilmə işi” çərçivəsində dindirilib. Saakaşvili ittihamları rədd
edib. Çaladzenin sözlərinə görə:
“İstintaqın əsas sualları Saakaşvilinin Bidzina İvanişvilinin
köpəkbalığı ilə selfi çəkməyə çağırışı ilə bağlı paylaşımları idi.
Bu, zarafat deyil — bu, prokurorluğun Saakaşviliyə qarşı yeni
işidir.”
Saakaşviliyə görə, bu gün ona artıq rəsmi ittiham irəli sürülüb. O
deyib:
“Mən yalnız köpəkbalığı işi üzrə ittihamı etirazla
qarşılayıram. Qərb sanksiyaları barədə deyil, çünki mən Qərbdəki
dostlarıma sanksiyalar tətbiq etməyə çağırırdım və yenə də
çağıracağam.”
Prokurorluq Saakaşvili ilə yanaşı daha 7 siyasətçini “sabotaj”,
“düşmən dövlətə kömək” və “hakimiyyətin devrilməsinə çağırış”
ittihamı ilə suçlayıb. Onlardan 5 nəfəri hazırda həbsdədir.
İttihamlar belədir:
• Mixeil Saakaşvili – hakimiyyətin devrilməsinə çağırış (maddə 317,
3 ilə qədər həbs);
• Zurab Caparidze və Qiorqi Vaşadze – sabotaj (maddə 318, 2–4 il)
və düşmən dövlətə kömək (maddə 319, 7–15 il);
• Elene Xoştaria – sabotaj (318), düşmən dövlətə kömək (319) və
konstitusiya quruluşuna qarşı fəaliyyətin maliyyələşdirilməsi (321
prima, 6–10 il);
• Nika Qvaramia, Nika Melia, Mamuka Xazaradze və Badri Caparidze –
sabotaj (318, 2–4 il).
Prokurorluq “Lelo” liderləri üçün zəmanət (qirov) tələb edir. Digər
müxaliflər artıq həbsdədir, buna görə onlar üçün əlavə tədbir vacib
hesab edilmir.
Saakaşvili hazırda “VivaMedi” klinikasında saxlanılır və mövcud
hökmlərə əsasən 2034-cü ilin 1 aprel tarixinədək həbsdə qalmalıdır.
O, 2021-ci il oktyabrın 1-dən azadlıqdan məhrum edilib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.