"Pis nəticələrin bütün səbəbləri Tbilisidədir, Kiyevdə yox” — Ukraynanın xarici işlər naziri Tbilisinin ittihamına cavab verib

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Tbilisinin ittihamına cavab verib - “Pis nəticələrin bütün səbəbləri Tbilisidədir, Kiyevdə yox”.


Nazir bu sözləri Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı deputat Maka Boçorişvilinin bəyanatına cavab olaraq bildirib. Boçorişvili iddia etmişdi ki, Ukraynanın hakimiyyəti Gürcüstanın Avropa İttifaqına üzvlük istiqamətində “maneələr yaradır” və “mənfi münasibət” nümayiş etdirir.

“Gürcü tərəf güzgüdə öz
əksini görəndə inciməsin. Gürcüstanın Aİ-yə inteqrasiyasında yaranmış mənfi nəticələrin səbəbləri Tbilisidə axtarılmalıdır, Kiyevdə yox”,
- Sibiha cavabında əlavə edib.

“Biz dost gürcü xalqına yalnız bir arzu edirik – indiki hökumətin siyasətindən asılı olmayaraq, gec-tez öz Avropa arzularını reallaşdırsınlar. Gürcüstan Avropadır, ‘rus dünyası’ deyil”, - o, həmçinin vurğulayıb.

Xatırladaq ki, noyabrın 5-də Çində səfərdə olan Maka Boçorişvili demişdi ki, Ukrayna 2022–2023-cü illərdə Gürcüstana Aİ namizəd statusunun verilməsinə “mənfi münasibət” göstərib və “fərqli formalarda Gürcüstanın Avrointeqrasiyasına qarşı çıxıb”.

Noyabrın 4-də isə Avropa İttifaqının 2025-ci il genişlənmə hesabatı dərc olunub. Hesabatda Gürcüstandakı vəziyyətin “kəskin pisləşməsi ilə bağlı ciddi narahatlıq” ifadə olunub.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, Gürcüstan Aİ namizədləri arasında yeganə ölkədir ki, irəliləyiş yox, əksinə, ciddi geriləmə müşahidə olunur:

“Hazırda Gürcüstanın Aİ-yə aparan real yolu yoxdur – vəziyyət kəskin dəyişməsə, o, sadəcə ‘nominal namizəd’ olaraq qalacaq.”

Buna cavab olaraq Gürcüstanın baş naziri İrakli Kobaxidze “bugünkü Avropa ölkələrinin əsas problemi suverenliyin itirilməsidir” və “Avropada demokratiya, insan hüquqları və iqtisadi inkişaf baxımından gedən tənəzzülün tezliklə dayanacağına ümid edirəm”, - deyə bildirib.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google