Polis Tbilisidə ailə üzvünü hədələmək və məcbur etmək ittihamı ilə bir nəfəri saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində, 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Z.D.-ni saxlayıblar.

Ona ailə üzvünü hədələmək və məcbur etmək, həmçinin narkotik vasitə və odlu silahı qanunsuz əldə etmək və saxlamaq ittihamı irəli sürülüb.

Cinayətə görə 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaqla
müəyyən olunub ki, Z.D. adlı şəxs öz qadın tanışını — 1992-ci il təvəllüdlü T.Ç.-ni söyüb, ona qarşı fiziki zorakılıq göstərib və həyatına qəsd etməklə hədələyib.

Hüquq-mühafizə orqanları aparılmış istintaq hərəkətləri nəticəsində Z.D.-ni şübhəli şəxs qismində saxlayıblar.

Polis onun üzərində, yaşadığı evdə və qarajında axtarış apararaq “alfa-PVP” adlı narkotik vasitə, odlu silah, əl qumbarası, daraq və 5 gülləni maddi sübut kimi götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 150-ci, 11 prima 151-ci, 260-cı və 236-cı maddələri ilə aparılır.

{{AUDIO}}


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google