Azərbaycan və Ermənistan normallaşma prosesində geriyə dönüşün
olmaması üçün hələ çox iş görməlidir, Rusiya bu məsələdə kömək
etməyə hazırdır.
Bu bəyanatla noyabrın 7-də Rusiya Xarici İşlər Nazirliyi (XİN)
çıxış edib.
Qurum bildirir ki, Bakı və Yerevan ikitərəfli münasibətlərin
normallaşma prosesində geriyə dönüşün baş verməməsi üçün çox iş
görməlidir, "buraya sülh sazişinin imzalanması, nəqliyyat və
iqtisadi əlaqələrin Cənubi
Qafqazın bütün ölkələri və onların
birbaşa qonşularının maraqlarına uyğun bərpası, dövlət sərhədinin
ədalətli delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyəti
arasında effektiv əlaqələrin qurulması daxildir".
Rusiya XİN Moskvanın Azərbaycan və Ermənistan tərəfdaşlarına bütün
istiqamətlərdə, o cümlədən "3+3" Regional Əməkdaşlıq Platforması
çərçivəsində hər cür yardım göstərməyə hazır olduğunu da qeyd
edir.
Bəyanatda Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-da əldə
olunmuş atəşkəs sənədi, sonrakı illərdə də əməkdaşlığa dair
bəyanatların sülh prosesinin yol xəritəsini formalaşdırdığı və bu
razılaşmaların hələ də qüvvədə olduğu vurğulanır.
Rusiya avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında
sülh sazişinin paraflanmasını da müsbət dəyərləndirir.
"3+3" formatı 2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən sonra
Türkiyə və Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsdür. Üç
Cənubi Qafqaz ölkəsi üstəgəl Rusiya, Türkiyə və İranın iştirakını
nəzərdə tutur. Məqsəd regionda iqtisadi və nəqliyyat əlaqələrinin
bərpası idi. Amma Gürcüstan Rusiyaya görə danışıqlara qatılmayıb,
görüşlər "3+2" formatında keçirilib.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi
rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü
ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün
ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları
gedib. Bu il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh
sazişini paraflayıblar. Azərbaycanı Naxçıvan eksklavı ilə
birləşdirəcək "Tramp yolu" (TRIPP) üzrə razılaşma əldə olunub. Bu
yol ABŞ şirkətinin nəzarətinə verilməlidir. 9 noyabr atəşkəs
bəyanatına əsasən, bu yolun təhlükəsizliyini Rusiyanın FSB
qüvvələri təmin etməli idi.
{{AUDIO}}
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.