Acarıstan polisi böyük miqdarda narkotik vasitə aşkarlayıb - Batumidə bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Rusiya Federasiyası vətəndaşı, 1999-cu il təvəllüdlü V.İ.-ni Batumidə saxlayıblar. O, böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım etməkdə ittiham olunur.

Cinayətə görə 12 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Polis, saxlanılan şəxsin üzərinə
və yaşayış yerinə baxış zamanı satış məqsədilə hazırlanmış 1347 qram quru “marixuana”nı maddi sübut kimi götürüb.

İstintaq tədbirləri zamanı hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar, yapışqan lentlər və elektron tərəzi də aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi və 260¹ maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə aparılır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google