Miqrasiya Departamenti ölkədən çıxarılmaq məqsədilə bir xarici ölkə vətəndaşını saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları həyata keçirdikləri tədbir nəticəsində, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan xarici ölkə vətəndaşı N.M.-ni ölkədən çıxarılmaq məqsədilə saxlayıblar.

Qeyd olunur ki, “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, Gürcüstanda qanunsuz, eləcə də qanuni əsasla yaşayan xarici vətəndaşların ölkədən çıxarılması
mexanizmləri təkmilləşdirilib. Bu dəyişikliklər müvafiq hüquqi əsas olduqda onların ölkədən çıxarılmasını təmin edir.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videoda həmin şəxs — N.M. — “Marjanişvili” metro stansiyası yaxınlığında ictimai asayişi pozub və aqressiv davranış sərgiləyib.

Bu hərəkətlərə görə N.M. Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 173-cü və 166-cı maddələri — xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmama maddələri ilə saxlanılıb. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə ona 4000 lari məbləğində inzibati cərimə tətbiq olunub.

Mövcud qanunvericiliyə əsasən, Miqrasiya Departamentinin əməkdaşları həmin şəxsin Gürcüstandan çıxarılması tədbirini həyata keçiriblər. Ona ölkəyə daxil olmaq qadağan edilib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google