Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin
əməkdaşları həyata keçirdikləri tədbir nəticəsində,
1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti
cəza altında olan xarici ölkə vətəndaşı N.M.-ni ölkədən çıxarılmaq
məqsədilə saxlayıblar.
Qeyd olunur ki, “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin
hüquqi vəziyyəti haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən,
Gürcüstanda qanunsuz, eləcə də qanuni əsasla yaşayan xarici
vətəndaşların ölkədən çıxarılması
mexanizmləri təkmilləşdirilib. Bu
dəyişikliklər müvafiq hüquqi əsas olduqda onların ölkədən
çıxarılmasını təmin edir.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan
videoda həmin şəxs — N.M. — “Marjanişvili” metro stansiyası
yaxınlığında ictimai asayişi pozub və aqressiv davranış
sərgiləyib.
Bu hərəkətlərə görə N.M. Tbilisi Polis Departamentinin Köhnə
Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar
Məcəlləsinin 173-cü və 166-cı maddələri — xırda xuliqanlıq və polis
əməkdaşının qanuni tələbinə tabe olmama maddələri ilə saxlanılıb.
Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə ona 4000 lari məbləğində
inzibati cərimə tətbiq olunub.
Mövcud qanunvericiliyə əsasən, Miqrasiya Departamentinin
əməkdaşları həmin şəxsin Gürcüstandan çıxarılması tədbirini həyata
keçiriblər. Ona ölkəyə daxil olmaq qadağan edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.