“Gürcü Arzusu” hökumətinin Təhsil nazirinin müavini Zviad
Qabisonia bildirib ki, (korrupsiyaya qarşı mübarizə haqqında)
qanunvericilik dəyişiklikləri repetitorlara aid deyil.
Onun sözlərinə görə, repetitor fəaliyyəti üçün müəllimin direktorun
yazılı razılığını alması tələb olunmur.
“O məlumat yanlışdır ki, guya həmin yazılı razılıq
tələbi adlandırılan ‘özəl repetitor’ institutuna da şamil olunur.
Aydınlıq gətiririk ki, Gürcüstanın təhsil haqqında qüvvədə olan
qanunvericiliyi repetitor institutunu tanımır, buna görə də belə
fəaliyyət pedaqoji fəaliyyət hesab edilə bilməz,” –
deyə o bildirib.
Onun izahına görə, istisna hallardan başqa, “Müəllimin davranış
kodeksi” müəllimlərə öz şagirdlərinə əlavə ödənişli xidmət
göstərməyi qadağan edir.
“Gürcüstanın sahibkarlıq qanunvericiliyinə əsasən
sahibkar kimi qeydiyyatdan keçmiş və təlim xidmətləri göstərən, o
cümlədən vahid milli imtahan fənlərində və xarici dillərdə hazırlıq
təlimləri aparan hüquqi şəxslərdən isə işəgötürənin yazılı razılığı
tələb olunur,” – deyə Zviad Qabisonia əlavə edib.
Son günlər sosial şəbəkələrdə məktəbdə çalışan müəllimlərə
repetitorluğun qadağan ediləcəyi barədə məlumatlar yayılıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.