Noyabrın 8-də Bakının Azadlıq meydanında hərbi parad keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan və Pakistan baş naziri Məhəmməd Şahbaz Şərif paradda
iştirak ediblər.
Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət himnləri səslənib.
Parada habelə Azərbaycan hərbçiləri ilə yanaşı, Türkiyə və Pakistan
hərbçiləri də qatılıblar.
Sonra hər üç liderin çıxışları dinlənib.
Türkiyə prezidenti
bildirib ki, Cənubi Qafqazda sülhün hakim olması
Asiyadan Avropaya bütün bölgənin rifahına xidmət edəcəyi
qənaətindədir: "Xüsusilə vurğulamaq istəyirəm ki, biz
davamlı sülhün əldə ediləcəyinə son dərəcə
ümidliyik".
Azərbaycan hər il noyabrın 8-ni, İkinci Qarabağ müharibəsinin başa
çatdığı günü- Zəfər günü kimi qeyd edir.
Ötən əsrin 80-ci illərində gərginləşən
Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara
səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ
bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük
müharibə (İkinci Qarabağ müharibəsi) və 2023-cü ildə birgünlük
hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində
suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları
gedib. Bu il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh
sazişini paraflayıblar.
Həmin sənədlə tərəflər bir-birlərinin ərazi bütövlüyünü
tanıdıqlarını təsdiq edirlər və qarşılıqlı iddiaların
dayandırılması zəruri sayılıb. Həmçinin, Vaşinqtonda Azərbaycanı
Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp yolu" (TRIPP) üzrə
razılaşma əldə olunub. Bu yol ABŞ şirkətinin nəzarətinə
verilməlidir.
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.