Ötən ay Rusiyanın Uzaq Şərqindəki Xabarovsk şəhərində bir avtobus
sürücüsü dayanacaqda namaz qıldığı üçün istintaqa cəlb edilib.
O, namaz qılarkən sərnişinlər avtobusda gözləyirdi.
Orta Asiyadan miqrant olduğu güman edilən həmin şəxsin sonradan heç
bir qanun pozuntusuna yol vermədiyi, həmin vaxt fasilədə olduğu
müəyyən edilib. Amma onun namaz qılmasının videosu Rusiyada onlayn
qəzəbə səbəb olub.
Rusiyada ortaasiyalı miqrantlar daxil milyonlarla müsəlman yaşayır.
Bəzi dindarlar elə küçədə, səkilərdə namaz qılırlar. Bu isə
Rusiyada narazılığa səbəb olur, həm də miqrantlara qarşı
düşmənçiliyin, zorakılığın artdığı bir vaxtda.
2024-cü ilin martında "Crocus City Hall"da çoxsaylı insan tələfatı
ilə nəticələnən terrordan sonra Orta Asiyadan olan miqrantlara
qarşı polis reydləri, deportasiyalar və pis rəftar güclənib.
Hücumda iştirakda ittiham olunan bir neçə tacikistanlı
saxlanılıb.
Küçədə namaz qılmaq olarmı
Tənqidçilərin fikrincə, küçələrdə, dayanacaqlarda və ya ictimai
nəqliyyatda namaz qılmaq başqalarına hörmətsizlik, hətta
təhrikedicidir. Dindarlar isə Rusiyanın bir çox bölgəsində, eləcə
də Moskva və Sankt-Peterburqda məscidlərin az olduğunu deyirlər.
Müsəlmanlar gündə beş dəfə namaz qılırlar. Özəlliklə iş saatlarında
məscidə getməyin mümkün olmadığını deyirlər.
Martda Sakit okean sahilindəki Vladivostok şəhərində daha bir
avtobus sürücüsünə qarşı intizam tədbiri görülüb. Onun da avtobusun
qarşısında namaz qılmasını göstərən video sosial şəbəkələrdə
yayılmışdı.
Vladivostok bələdiyyəsi bəyanatında bildirib ki, "sürücüyə
başqalarına narahatlıq yaratmamaq üçün dini ayinləri daha uyğun və
sakit yerlərdə yerinə yetirməsi tövsiyə edilib".
Artıq Rusiyanın yüksəkvəzifəli rəsmiləri də müsəlman miqrantların
ictimai yerlərdə dua etməsi məsələsini qaldırırlar.
"Namaza qarşı deyiləm, amma kimsə metroda namaz xalçası
sərib dua edəndə və ya mikroavtobus sürücüsü namaz qılmağa
başlayanda bu, bir qədər qəribə görünür", – Rusiya
prezidentinin İnsan Haqları Şurasının rəhbəri Valeri Fadeyev
oktyabrda Özbəkistana səfəri zamanı bildirib.
Küçədə namazın qılınması müsəlmanlar arasında belə fikir ayrılığı
yaradır.
İslama görə, park, hava limanı, iş yeri təmizdirsə, orada namaz
qılmaq olar. Amma bu zaman başqalarını narahat etməmək üçün uyğun
yer seçilməlidir. Qəbiristanlıq, hamam kimi məkanlarda isə namaz
qılmaq tövsiyə olunmur.
Tacikistanda tanınmış din xadimi Ədhəm Heydərzodə AzadlıqRadiosuna
deyib ki, islam ibadətçilərə yollarda, insanların gəzdiyi və
toplaşdığı yerlərdə namaz qılmaqdan çəkinməyi tövsiyə edir.
Miqrantlar qisasdan qorxurlar
Rusiyalı hüquq müdafiəçisi Valentina Çupik bildirib ki, İslam dini
ayinlərinə nəzarətin artması Orta Asiyadan gələn miqrantların daha
da sıxışdırılmasına, ayrıseçkiliyin güclənməsinə səbəb ola
bilər.
Çupik xəbərdarlıq edib ki, bu cür hadisələrə sosial şəbəkələrdə
yaranan qəzəb real həyatda düşmənçiliyə çevrilir, stereotipləri
möhkəmləndirir, cəmiyyətdə parçalanmanı dərinləşdirir.
Elə
ortaasiyalı miqrantlar da küçədə namaz qılmağın əks-reaksiyaya
səbəb olacağından qorxduqlarını bildiriblər.
Daler adlı 34 yaşlı tacik taksi sürücüsü deyib ki, miqrantların
küçələrdə, binaların yaxınlığında və ya zibil qutularının yanında
namaz qıldığını görüb. Deyir, onların çoxu özbək və qırğız taksi
sürücüləridir, məscidə çatana qədər namaz vaxtını qaçırmaqdan
qorxurlar.
"Bu, diqqət çəkir və miqrantlara qarşı narazılıq
yaradır. İnsanların dini azadlığına hörmətlə yanaşıram, amma
düşünürəm ki, insanlara narahatlıq yaradacaq yerlərdə namaz
qılmaqla miqrantlara qarşı düşmənçiliyi
alovlandırmamalıyıq", – Daler AzadlıqRadiosuna
deyib.
Müsəlmanlar təkcə Rusiyada ictimai yerlərdə namaz qılmırlar.
2011-ci ildə Fransa Paris küçələrində namaz qılmağı qadağan edib.
Küçə namazları ifrat sağçıların etirazlarından sonra siyasi
mübahisə mövzusuna çevrilib.
Böyük Britaniyada da bu məsələ mübahisələrə səbəb olub. 2021-ci
ildə Londonun Tauer körpüsündə rəsmi icazə ilə azan səsləndirilib.
Amma bu, geniş tənqid, miqrasiya mövzusunda onlayn müzakirələrə
səbəb olub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.