9 ay ərzində yol-nəqliyyat hadisələri nəticəsində 345 nəfər həyatını itirib

Daxili İşlər Nazirliyinin rəsmi statistikasına əsasən, 2025-ci ilin ilk 9 ayı ərzində 4 480 yol-nəqliyyat hadisəsi baş verib.

Yanvar-sentyabr ayları ərzində baş verən qəzalarda 345 nəfər həlak olub, 6 041 nəfər isə xəsarət alıb. Həlak olanlardan 112-si piyadalar, 35-i isə uşaqlar olub.

Rəsmi məlumata görə, yol-nəqliyyat hadisələrinin 26 faizi, yəni 1 990 hadisə Tbilisidə qeydə
alınıb. Paytaxtda qəza qurbanlarının sayı 73 nəfərdir.

Regionlar arasında ən çox yol qəzası Acarada baş verib – burada 499 qəza nəticəsində 46 nəfər həyatını itirib. DİN-in məlumatına əsasən, avtomobilin piyadaya çarpması halları [1 385 hadisə, 112 ölü, 1 246 yaralı] motosikletlərin iştirakı ilə baş verən qəzalardan [748 hadisə, 20 ölü, 713 yaralı] iki dəfə çoxdur.

Rəsmi statistika göstərir ki, yol-nəqliyyat hadisələrinin qurbanları arasında kişilərin sayı qadınlardan daha çoxdur – 2025-ci ilin ilk 9 ayında qəzalar nəticəsində 271 kişi və 74 qadın həlak olub.

Avropa İttifaqı ölkələrində hər milyon nəfərə orta hesabla 44 ölüm halı düşürsə, Gürcüstanda bu rəqəm 129-dur, yəni təxminən üç dəfə çox.


Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google