“Milli Hərəkat” “Gürcü Arzusu”na qarşı Konstitusiya məhkəmə prosesi başlayır

“Vahid Milli Hərəkat” hakim partiya “Gürcü Arzusu”na qarşı Konstitusiya məhkəmə prosesi başlayır.

Bu barədə partiyanın liderlərindən biri, Levan Bejaşvili, 10 noyabrda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, “Gürcü Arzusu”na qarşı Konstitusiya iddiaları bir neçə mərhələdə təqdim olunacaq. Birinci mərhələdə istintaq komissiyasının (Tsulukianinin komissiyası) hesabatı müzakirəyə çıxarılacaq. Bejaşvili qeyd edib ki, iddia artıq Konstitusiya Məhkəməsinə təqdim olunub.

İkinci
mərhələdə isə hökumətin partiyaları ləğv edən qanunları müzakirə olunacaq.

“Üçüncü mərhələ birbaşa “Gürcü Arzusu”nun iddiasına aiddir. Partiyada fərqli fikirlər var idi — prosesi başlatmaq və “Gürcü Arzusu” ilə bu polemikaya daxil olmaq nə qədər doğru olardı. Beynəlxalq tərəfdaşlarımız və beynəlxalq hüquqi ictimaiyyətin məsləhətlərinə əsaslanaraq, bu mərhələdə öz arqumentlərimizi təqdim etmək məqsədəuyğun sayıldı,” – deyə Levan Bejaşvili bildirib.

Onun izahına görə, bu proses Strasburq məhkəməsində növbəti hüquqi mərhələ üçün həlledici əhəmiyyət daşıyacaq.

“Gürcü Arzusu” 31 oktyabrda Konstitusiya Məhkəməsinə müraciət edib. Partiya 2024-cü il parlament seçkilərində müxalifət partiyaları arasında ən yaxşı nəticə göstərən üç partiyanın (“Milli Hərəkat”, “Koalisiya Dəyişiklik naminə”, “Lelo – Güclü Gürcüstan”) ləğv edilməsini tələb edir. “Gürcü Arzusu”nun partiyaların və müəyyən şəxslərin siyasi fəaliyyətini məhdudlaşdıran qanunlarla bağlı Konstitusiya iddiası “Güclü Gürcüstan – Lelo” partiyası tərəfindən təqdim edilib.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google