Tbilisi meri Kaxa Kaladze bildirib ki, ərəb inkişaf şirkəti
"Eagle Hills Georgia" layihəsində Gürcüstan hökumətinin payı
33%-dir və “əlavə olunan gəlirlər birbaşa büdcəyə gedəcək və
səhiyyə proqramlarına, sosial məsələlərə, o cümlədən pensiyaların
artırılmasına və s.-yə xərclənəcək.”
“Bu layihə ilə bağlı, ilkin mərhələdə,
opponentlərimizin belə bir narativləri vardı ki, biz yalan
danışırıq və ərəb şirkəti belə bir investisiya ilə maraqlanmır. Hər
şey rəsmi olaraq təsdiqləndikdən sonra ərəb investorları Gürcüstana
gəldilər və layihənin başlanğıcı elan olundu, onlar öz
narativlərini dəyişdirdilər və mümkün qədər bu investisiyaya zərər
vurmağa çalışırlar.
Əlbəttə ki, layihə həyata keçiriləcək. Tikinti işləri yaxın
gələcəkdə başlayacaq. Torpaq mövcuddur, əvvəlcə layihə hazırlanmalı
və təsdiq olunduqdan sonra investisiyanın açıqlanması başlayacaq.
Bu adi bir prosesdir.
Gürcüstan iqtisadiyyatının inkişafı üçün bu çox önəmlidir, çünki bu
miqdarda – 6,5 milyard dollar məbləğində birbaşa investisiya
ölkəmizə heç vaxt daxil olmayıb. Bu yalnız iqtisadiyyata və iş
yerlərinin yaradılmasına fayda verməyəcək, həmçinin yerli tikinti
şirkətlərini daha da gücləndirəcək. Bu layihədə Gürcüstan
hökumətinin payı 33%-dir. Əldə olunan gəlirlər birbaşa büdcəyə
gedəcək – səhiyyə proqramlarına, sosial məsələlərə, o cümlədən
pensiyaların artırılmasına və s.-yə xərclənəcək,” –
deyə Kaladze bildirib.
Jurnalistin, ərəb şirkəti ilə bağlanmış müqavilənin niyə
açıqlanmadığına dair sualına Kaladze cavab verib: “Gizlədiləsi heç
nə yoxdur, iqtisadiyyat naziri çıxış etdi və bütün detalları tam
açıq və şəffaf şəkildə izah etdi.”
Ərəb inkişaf şirkəti “Eagle Hills Georgia”nın satış ofisi və
şourumu “Rustaveli” kinoteatrının binasının birinci mərtəbəsində
yerləşdirilib. Şourum “Gürcü Arzusu” partiyasının üzvləri
tərəfindən 21 oktyabrda təntənəli şəkildə açılıb.
İrakli Kobaxidzenin sözlərinə görə, şirkət 6 milyard dollardan çox
investisiya həyata keçirəcək. Şirkət nümayəndələrinin məlumatına
görə, “Eagle Hills” Gürcüstanda iki nəhəng layihə həyata keçirəcək:
Tbilisidə, Krtsanisi rayonunda – 600 hektarda yeni “Yaşıl Şəhər” və
Batumidə, keçmiş poliqon ərazisində – 250 hektarda “premium sinifli
turizm kurortu.”
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.