Gürcüstan Hökumət Administrasiyası tezliklə səlahiyyətli
qurumlardan vergi sirrini və şəxsi,
o cümlədən xüsusi kateqoriyalı məlumatları əldə etmək imkanına
sahib olacaq.
Qanun layihəsi parlamentdə sürətləndirilmiş qaydada müzakirə
olunur.
Müvafiq qanun dəyişiklikləri artıq parlamentə təqdim edilib.
Dəyişikliklər “Gürcüstan Hökumətinin strukturu, səlahiyyətləri və
fəaliyyəti haqqında” qanuna, “Şəxsi məlumatların qorunması
haqqında” qanuna və Vergi Məcəlləsinə aiddir. Qanunvericilik paketi
“Gürcü Arzusu” hökumətinin administrasiyası
tərəfindən
hazırlanıb.
Hökumət Administrasiyası vurğulayır ki, bu dəyişikliklər
Effektivlik Departamentinin tam fəaliyyət göstərməsini təmin
edəcək. Hazırda departamentin məlumat toplamaq səlahiyyəti yoxdur,
bu isə risklərin müəyyənləşdirilməsini və qiymətləndirilməsini,
məlumatların toplanmasını, monitorinq və nəzarəti, uyğunluq,
səmərəlilik, məhsuldarlıq və şəffaflığın qiymətləndirilməsini,
eləcə də tövsiyələrin hazırlanmasını çətinləşdirir.
İzahnamədə deyilir:
“Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
yalnız səthi və ya açıq məlumatlarla mümkün deyil. Məlumat toplama
səlahiyyətinin verilməsi analizlərin keyfiyyətini artıracaq və
departamentə sübuta əsaslanan tövsiyələr və hesabatlar hazırlamaq
imkanı verəcək.”
Vergi Məcəlləsində dəyişikliklərin zərurəti isə belə izah
olunur:
“Gürcüstan Vergi Məcəlləsində vergi sirri ilə bağlı,
ayrı-ayrı vergi ödəyiciləri haqqında identifikasiya olunmuş
məlumatların kimlərə verilə biləcəyi dəqiq göstərilib. Buna görə
məqsədəuyğun sayılır ki, həmin siyahıya Gürcüstan Hökumət
Administrasiyası da əlavə olunsun — bu, ‘Gürcüstan Hökumətinin
strukturu, səlahiyyətləri və fəaliyyəti haqqında’ qanuna və onun
əsasında qəbul edilmiş normativ aktlara uyğun olaraq
səlahiyyətlərin icrası məqsədilə həyata
keçiriləcək.”
Mənbə: BM
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.